Azərbaycanda qalan əcnəbilərdən qeydiyyatla bağlı rüsum tutulmayacaq - Bu tarixədək

img

20-05-2020 [12:34]


“Ölkədə olma müddətinin uzadılması üçün müraciət edən şəxslər üçün dövlət rüsumlar qanunverciliklə müəyyən edilib”.

Mia.az Report-a istinadıa bildirir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov “Pandemiya dövründə Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti və ölkəmizdə olan əcnəbilərə göstərilən xidmətlər” mövzusunda keçirdiyi onlayn mətbuat konfransında deyib.

Onun sözlərinə görə, müddətin uzadılması üçün olan rüsum bir ay üçün 30 manat, iki ay müddət üçün 60 manat və yetkinlikyaşına çatmayanlar üçün 15 manat müyyən edilib: “Mayın 31-ə kimi ölkədə olma müddətinin uzadılması ilə qərardan sonra həmin şəxslərdən ödəniş tələb edilmir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA