Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin onlayn iclası keçiriləcək - Səməd Seyidovdan açıqlama
11-05-2020 [13:07]
Azərbaycan Türkiyə və Gürcüstan Parlamentlərinin Beynəlxalq əlaqələr üzrə komitələri müntəzəm olaraq üçtərəfli formatda görüşlər keçirir. Azərbaycanın təşəbbüskarı olduğu ilk görüş Gürcüstan və Türkiyə parlamentinin komitə sədrlərinin iştirakı ilə Bakıda keçirilib.
Cari ilin may ayında Gürcüstanda keçirilməsi planlaşdırılan növbəti iclas dünyada yayılan yeni koronovirus COVİD-19 infeksiyasına görə təxirə salınıb.
Mia.az 3 ölkənin Beynəlxalq münasibətlər üzrə komitələrinin görüşünün keçirilmə vaxtı və formatına dair məlumat üçün Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və Parlamentlərarası əlaqələr Komitəsinin sədri Səməd Seyidova sual ünvanlayıb.
Səməd Seyidov Mia.az-a deyib ki, o, Azərbaycan tərəfi olaraq, Türkiyənin Böyük Millət məclisinin Xarici İşlər Komissiyasının rəhbəri Volkan Bozkır və Gürcüstan Parlamentinin xarici əlaqələr Komitəsinin sədri İrakli Beraia ilə danışıqlarda bu iclasın onlayn rejimdə keçirilməsini təklif edib.
"Hər iki həmkarım bu təklifə müsbət yanaşdı. Beləliklə də, may ayın 12-də onlayn rejimdə Azərbaycan-Türkiyə-Gürcüstan arasında keçiriləcək üçtərəfli iclasda ölkələr arasında siyasi, iqtisadi, mədəni əlaqələrimiz geniş şəkildə müzakirə ediləcək”, - deyə millət vəkili Səməd Seyidov bildirib.
Bununla yanaşı, millət vəkili dünyanın bir sıra ölkələrində COVİD-19 yayılmasının qarşısını almaq məqsədilə həyata keçirilən tədbirlərə dair Azərbaycanın təcrübəsinin, elan edilmiş karantin rejiminin, bu rejimin yumşaldılması ilə əlaqədar meydana çıxan təhlükənin də müzakirə obyekti olacağını da deyib:
“İclasda həmçinin Prezident İlham Əliyevin bu yaxınlarda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü və Qoşulmama Hərəkatının Təmas Qrupunun onlayn səviyyəli Zirvə görüşündə təqdim etdiyi, Azərbaycanın COVİD-19 pandemiyası ilə mübarizə üsulları və təcrübəsi də həmkarlara çatdırılacaq. O cümlədən, postpandemiya dövründə infeksiyanın ikinci dalğasının qarşısını almaq istiqamətində birgə fəaliyyətdə Parlamentlərin rolunu müzakirə etmək niyyətindəyik. Heç kim üçün sirr deyil ki, bu dəhşətli infeksiya hələ də böyük təhlükə mənbəyi olaraq qalır. Karantin rejiminin yumaşaldılması zamanı lazımı qaydalara riayət edilmədiyi halda bu təhlükə artmaqda davam edəcək. Buna görə də cənab Prezidentin dediyi kimi, Bu bəlanın bir əlacı var, o da birgə fəaliyyətdir.
Üç ölkənin Parlament nümayəndələri olaraq bu birgə fəaliyyəti müzakirə etmək niyyətindəyik”.
NAZİR MƏRKƏZ DİREKTORUNU VƏZİFƏDƏN AZAD ETDİ - Yeni təyinat
Hava ilə bağlı daha bir xəbərdarlıq yayıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Milli Məclisə bu təşkilatda müşahidəçi statusu verilib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu! - FOTOLAR
MÜŞAVİR və ŞÖBƏ MÜDİRİ NAZİR MÜAVİNLƏRİ TƏYİN EDİLDİ - KTN-də maraqlı dəyişiklik (FOTO)
Rusiya mediasında Azərbaycan-Türkiyə münasibətlərini pozmağa cəhd edirlər - "Dezinformasiya yayırlar"
Sabah bəzi rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
Məşhur generalın cərrah qardaşı Bakıda marşrutda ölüb
Qəzzada ölənlərin sayı 71662-yə yüksəlib
Bakıda polis əməliyyatı: saxlanılanlar var
Sahibə Qafarova Saqr Qobaşla görüşüb - Müzakirə
İran hökumətinin sözçüsü: "Müharibəyə tam hazırıq"
Nəsimi rayonunda 36 kq narkotik aşkarlanıb
Kəmaləddin Heydərov Xalq artistinin qızını vəzifədən çıxardı - Təranə Qumral istəyinə çatdı
XARİCİ DİLİ ÜZRƏ İMTAHAN MODELİ DƏYİŞİR - DİM-də müzakirə aparılıb
Milli Məclisə “Uşaq hüquqları haqqında” qanun layihəsi daxil olub
İSRAİL və İRAN YENİDƏN "AYAQLANIB": XİN rəsmiləri 3 gün ara ilə Bakıya niyə gəldi? - TƏHLİL
Qaraçuxurda qohumunun evindən 51 min manat oğurlayan qadın tutulub
Elçin Məsiyev UEFA Avropa Liqasına təyinat alıb
Qaz limiti barədə qərarın dəyişəcəyi gözlənilir - Deputat danışdı
AZAL Gürcüstana səfər edənlərə xəbərdarlıq edib
Məhkəmə Əli Kərimliyə "yox" dedi - AXCP sədri azadlığa buraxılmadı
Hikmət Hacıyevin adından saxta məzmunlu video yayılıb - XƏBƏRDARLIQ
Məhkəmə sədrinin bıçaqlanan gəlini barədə - Açıqlama
Ceyhun Bayramov Çinə gedib
Arpaçay su anbarı donub - FOTO
Albaniya Baş naziri İsrail parlamentində İranı "yıxıb-sürüdü", Türkiyəni isə... - "Xomeyni Respublikası ilə bu incə əlaqələri də kəsdik"
Sabah hava necə olacaq? - Proqnoz
Prezident İlham Əliyev Sumqayıtda - FOTOLAR (Yenilənib)
Qərb Ərdoğandan yox, yeni Türkiyədən qorxur - TƏHLİL
İranda aksiyalar davam edir - Ölənlərin say 6 mini keçib
Nazir, komitə sədri... - Onların qəbul günləri + CƏDVƏL
MƏHKƏMƏ SƏDRİNİN OĞLU CANINA QIYDI - Əvvəl arvadını bıçaqlayıb, sonra isə... (YENİLƏNİB)
372 sayda saxta sayt, link və keçidlər bloklanıb - Azərbaycanda
Çempionlar Liqası: "Mançester Siti" - "Qalatasaray" matçı TRT1-də canlı yayımlanacaq
Valyuta ehtiyatlarımız 85 milyard dolları ötüb
Azərbaycan nefti cizi ucuzlaşdı
"TikTok" Trampı qoruyur - Onunla bağlı neqativ xəbər bloklanır