"Hələ bunların vəzifələrdə qardaş-bacıları, qohum-əqrəbaları, qudaları da var..." - Hüquqşünasdan icra başçılarının həbsinə reaksiya
06-05-2020 [11:44]
“İcra başçılarının həbs edilməsinin necə mürəkkəb olduğunu çoxlarından yaxşı bilirəm. Başqaları kimi “əşşi, nə var ki, tutub hamısını basmaq lazımdır” deyənlər kimi düşünmürəm”.
Mia.az xəbər verir ki, bunu tanınmış hüquqşünas Aslan İsmayılov icra başçılarının həbsinə münasibət bildirərkən deyib.
Hüquqşünasın iddiasına görə, Azərbaycanda elə bir idarəetmə sistemi qurulub ki, bir JEK müdirini tutanda, ölkənin yarısı silkələnir:
“İndi təsəvvür edin, icra başçısının həbsindən sonra nələr baş verir?! Onların hər birinin balaları ən azından hüquq-mühafizə orqanlarında yüksək vəzifə tuturlar. Hələ bunların vəzifələrdə qardaş-bacıları, qohum-əqrəbaları, qudaları da var. İndi təsəvvür edin ki, bir icra başçısının tutulması, nə deməkdir?!
İllərdir elə-belə Ramiz Mehdiyev – Əli Həsənov cütlüyündən danışmırdım. Bu, hansısa şəxsi münasibətim ilə bağlı deyildi. Ramiz Mehdiyev bu günkü idarəetmənin Arxitektoru- Xaç Atasıdır! Onun nə üçün bu səlahiyyətlər sahibi olmasını da çoxları bilir. Əli Həsənov isə idarəçilikdə ən mühüm sahə olan - ideoloji və təbliğat sahəsinə başçılıq edirdi. Əminəm ki, bu iki nəfər vəzifədən gedəndə “bu Azərbaycan dövlətçiliyinin idarə edilməsində dönüş nöqtəsidir” deməyimə lağ edənlər də mənim elə qəti fikir söyləməyimdə səhv etmədiyimin hələ çox şahidi olacaqlar.
Bu gün bir daha hamını gedən proseslərə dəstək olmağa çağırıram. Gedən proseslərin asan və maneəsiz davam edəcəyimi də düşünmək səhvdir. Bu prosesi durdurmağa hazırlaşan qruplar az deyillər və hələ də güc sahibidirlər. Bu dövrdə maksimum çalışıb stabilliyi qorumaq, hüquq-mühafizə orqanlarına yardımçı olmaq, vəziyyəti gərginləşdirməkdən qaçmaq lazımdır.
Hakimiyyətdən də xahiş edirəm ki, ölkədə həqiqətən bir tikə çörəyə möhtac olanların mövcudluğunu bilsinlər. Yerlərdə icra başçıları təcili onların siyahısını tərtib edib maddi köməklik etməlidirlər. Ölkədə gedən proseslərin mahiyyətini anlayan, dəyişiklik istəyən imkanlı şəxslər də bu prosesdə aktiv iştirak etməlidirlər. Hər bir insan ehtiyacı olan öz qohum-əqrəbasına, kəndlisinə, qonşusuna yardım etsə bunun özü də böyük iş olar.
Biz hamımız bilməliyik ki, bu gün bizim ən ağır günlərimizdir. Əgər bir olsaq, baş verənlərin mahiyyətini anlayıb bu proseslərin davam etməsinə yardımçı olsaq, hamımız qazanacayıq.
Hakimiyyət bilməlidir ki, bu gün həbs edilən icra başçıları yerlərdə bütün qanunsuzluqları təkbaşına etməyiblər. Bu işlərdə onların ən yaxın köməkçiləri - yerlərdə olan prokurorlar, məhkəmə sədrləri, hakimlər və polis rəisləri olublar. Bunları hamısı icra başçıları ilə bir yerdə məsuliyyət daşımalıdırlar. Bilirəm ki, bu çox çətindir. Ancaq baş verənlərin təsadüfi olmadığını, görülən tədbirlərin sistemli olmasını məni kimilərə sübut etmək üçün bu addımlar atılmalıdır.
Əminəm ki, nə qədər çətin olsa da xalq bu addımları atanların arxasında duracaq. Xalqa söykənən hakimiyyəti isə heç kim yıxa bilməz!”.
NAZİR MƏRKƏZ DİREKTORUNU VƏZİFƏDƏN AZAD ETDİ - Yeni təyinat
Hava ilə bağlı daha bir xəbərdarlıq yayıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Milli Məclisə bu təşkilatda müşahidəçi statusu verilib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu! - FOTOLAR
MÜŞAVİR və ŞÖBƏ MÜDİRİ NAZİR MÜAVİNLƏRİ TƏYİN EDİLDİ - KTN-də maraqlı dəyişiklik (FOTO)
Rusiya mediasında Azərbaycan-Türkiyə münasibətlərini pozmağa cəhd edirlər - "Dezinformasiya yayırlar"
Sabah bəzi rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
Məşhur generalın cərrah qardaşı Bakıda marşrutda ölüb
Qəzzada ölənlərin sayı 71662-yə yüksəlib
Bakıda polis əməliyyatı: saxlanılanlar var
Sahibə Qafarova Saqr Qobaşla görüşüb - Müzakirə
İran hökumətinin sözçüsü: "Müharibəyə tam hazırıq"
Nəsimi rayonunda 36 kq narkotik aşkarlanıb
Kəmaləddin Heydərov Xalq artistinin qızını vəzifədən çıxardı - Təranə Qumral istəyinə çatdı
XARİCİ DİLİ ÜZRƏ İMTAHAN MODELİ DƏYİŞİR - DİM-də müzakirə aparılıb
Milli Məclisə “Uşaq hüquqları haqqında” qanun layihəsi daxil olub
İSRAİL və İRAN YENİDƏN "AYAQLANIB": XİN rəsmiləri 3 gün ara ilə Bakıya niyə gəldi? - TƏHLİL
Qaraçuxurda qohumunun evindən 51 min manat oğurlayan qadın tutulub
Elçin Məsiyev UEFA Avropa Liqasına təyinat alıb
Qaz limiti barədə qərarın dəyişəcəyi gözlənilir - Deputat danışdı
AZAL Gürcüstana səfər edənlərə xəbərdarlıq edib
Məhkəmə Əli Kərimliyə "yox" dedi - AXCP sədri azadlığa buraxılmadı
Hikmət Hacıyevin adından saxta məzmunlu video yayılıb - XƏBƏRDARLIQ
Məhkəmə sədrinin bıçaqlanan gəlini barədə - Açıqlama
Ceyhun Bayramov Çinə gedib
Arpaçay su anbarı donub - FOTO
Albaniya Baş naziri İsrail parlamentində İranı "yıxıb-sürüdü", Türkiyəni isə... - "Xomeyni Respublikası ilə bu incə əlaqələri də kəsdik"
Sabah hava necə olacaq? - Proqnoz
Prezident İlham Əliyev Sumqayıtda - FOTOLAR (Yenilənib)
Qərb Ərdoğandan yox, yeni Türkiyədən qorxur - TƏHLİL
İranda aksiyalar davam edir - Ölənlərin say 6 mini keçib
Nazir, komitə sədri... - Onların qəbul günləri + CƏDVƏL
MƏHKƏMƏ SƏDRİNİN OĞLU CANINA QIYDI - Əvvəl arvadını bıçaqlayıb, sonra isə... (YENİLƏNİB)
372 sayda saxta sayt, link və keçidlər bloklanıb - Azərbaycanda
Çempionlar Liqası: "Mançester Siti" - "Qalatasaray" matçı TRT1-də canlı yayımlanacaq
Valyuta ehtiyatlarımız 85 milyard dolları ötüb
Azərbaycan nefti cizi ucuzlaşdı
"TikTok" Trampı qoruyur - Onunla bağlı neqativ xəbər bloklanır