“Niyə icra hakimiyyətlərinin birinci müavinləri müxalifətçilər olmasın?" - Partiya sədri
05-05-2020 [00:09]
Son günlər icra hakimiyyəti başçılarının həbsindən sonra cəmiyyətdə ciddi müzakirələr başlanıb.
İnsanlar hər həbsin digər icra başçılarına dərs olmamasını müzakirə edir və bunun səbəbləri ilə maraqlanırlar.
Ağ Partiyanın başqanı Tural Abbaslı isə hesab edir ki, icra hakimiyyətlərində baş alıb gedən rüşvət və korrupsiyanı aradan qaldırmaq üçün ictimai nəzarət güclü olmalıdır.
Onun fikrincə, bunun üçün ən azından icra başçısı müavini vəzifəsinə müxalifətçilər gətirilməlidir: “Niyə icra hakimiyyətlərinin birinci müavinləri müxalifətçilər olmasın? Niyə icra hakimiyyətləri strukturlarına rəhbərlik müxalifət partiyalarının nümayəndələri arasından seçilmir? Ən azından bir nəzarət olar. İcra başçısı da bilər ki, onu təkcə DTX güdmür, müavini, bu strukturdakı digər müxalifətçilər də nəzarət mexanizmi həyata keçirirlər. Yanaşma dəyişmədikcə bu, həbslər davam edəcək. Operativ Qərargahda bir müxalifət nümayəndəsi, jurnalistin olmaması da bunun kimi. 3 milyard manat vəsaiti xərcləməli olan quruma nəzarət edənlər arasında jurnalistlər də olmalıdır, müxalifətçilər də. Kənd icra nümayəndələrinin üçdə biri müxalifət olsaydı, bir-birinə nəzarətli, hesabatlı olardı. İndiki halda icra başçıları yerlərdə özlərini xan kimi aparırlar”.
Müsahibimiz hesab edir ki, müxalifət daxilində indiki məmurlardan qat-qat savadlı, hazırlıqlı və vicdanı təmiz olan insanlar var. T.Abbaslının sözlərinə görə, əgər müxalifəti idarəetmədən tamamən kənar tuturlarsa, bu halda biz də monarxiyaya keçməliyik: “Demokratik dövlət qururuq deyiriksə, bunun qaydalarına riayət etməliyik. Müxalifət barədə xoşagəlməz fikirlər bildirənlərə də buradan sual verirəm ki, bəyəm müxalifət hakimiyyətdə olduğu 1 ildə hakimiyyətin son 30 ildə etdikləri qədərmi səhv edib? Türkiyədə dövlət büdcəsndən müxalifət partiyalarına vəsait ayrılır. Çünki bu sistemin yaşaması üçün bu partiyalar olmalı, rəqabət olmalıdır. Rəqabət olmayan yerdə inkişaf da ola bilməz”.
T.Abbaslı həmçinin vurğuladı ki, karantin dönəmində müxafət rəhbərlərinin hərəkətlərinə məhdudiyyət qoymaq düzgün qərar deyil. Onun sözlərinə görə, dərzilərə, MİS işçilərinə sərbəst hərəkət üçün icazə verilir, amma müxalifət liderlərinə yox: “Bu, hakimiyyətin müxaifətə qarşı atdığı digər səmimi addımları da sual altında qoyur. Müxalifətin bu günlərdə hərəkətinə məhdudiyyət qoyulması siyasi azadlıqların pozulması anlamına gəlir”. /Musavat.com
NAZİR MƏRKƏZ DİREKTORUNU VƏZİFƏDƏN AZAD ETDİ - Yeni təyinat
Hava ilə bağlı daha bir xəbərdarlıq yayıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Milli Məclisə bu təşkilatda müşahidəçi statusu verilib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu! - FOTOLAR
MÜŞAVİR və ŞÖBƏ MÜDİRİ NAZİR MÜAVİNLƏRİ TƏYİN EDİLDİ - KTN-də maraqlı dəyişiklik (FOTO)
Rusiya mediasında Azərbaycan-Türkiyə münasibətlərini pozmağa cəhd edirlər - "Dezinformasiya yayırlar"
Sabah bəzi rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
Məşhur generalın cərrah qardaşı Bakıda marşrutda ölüb
Qəzzada ölənlərin sayı 71662-yə yüksəlib
Bakıda polis əməliyyatı: saxlanılanlar var
Sahibə Qafarova Saqr Qobaşla görüşüb - Müzakirə
İran hökumətinin sözçüsü: "Müharibəyə tam hazırıq"
Nəsimi rayonunda 36 kq narkotik aşkarlanıb
Kəmaləddin Heydərov Xalq artistinin qızını vəzifədən çıxardı - Təranə Qumral istəyinə çatdı
XARİCİ DİLİ ÜZRƏ İMTAHAN MODELİ DƏYİŞİR - DİM-də müzakirə aparılıb
Milli Məclisə “Uşaq hüquqları haqqında” qanun layihəsi daxil olub
İSRAİL və İRAN YENİDƏN "AYAQLANIB": XİN rəsmiləri 3 gün ara ilə Bakıya niyə gəldi? - TƏHLİL
Qaraçuxurda qohumunun evindən 51 min manat oğurlayan qadın tutulub
Elçin Məsiyev UEFA Avropa Liqasına təyinat alıb
Qaz limiti barədə qərarın dəyişəcəyi gözlənilir - Deputat danışdı
AZAL Gürcüstana səfər edənlərə xəbərdarlıq edib
Məhkəmə Əli Kərimliyə "yox" dedi - AXCP sədri azadlığa buraxılmadı
Hikmət Hacıyevin adından saxta məzmunlu video yayılıb - XƏBƏRDARLIQ
Məhkəmə sədrinin bıçaqlanan gəlini barədə - Açıqlama
Ceyhun Bayramov Çinə gedib
Arpaçay su anbarı donub - FOTO
Albaniya Baş naziri İsrail parlamentində İranı "yıxıb-sürüdü", Türkiyəni isə... - "Xomeyni Respublikası ilə bu incə əlaqələri də kəsdik"
Sabah hava necə olacaq? - Proqnoz
Prezident İlham Əliyev Sumqayıtda - FOTOLAR (Yenilənib)
Qərb Ərdoğandan yox, yeni Türkiyədən qorxur - TƏHLİL
İranda aksiyalar davam edir - Ölənlərin say 6 mini keçib
Nazir, komitə sədri... - Onların qəbul günləri + CƏDVƏL
MƏHKƏMƏ SƏDRİNİN OĞLU CANINA QIYDI - Əvvəl arvadını bıçaqlayıb, sonra isə... (YENİLƏNİB)
372 sayda saxta sayt, link və keçidlər bloklanıb - Azərbaycanda
Çempionlar Liqası: "Mançester Siti" - "Qalatasaray" matçı TRT1-də canlı yayımlanacaq
Valyuta ehtiyatlarımız 85 milyard dolları ötüb
Azərbaycan nefti cizi ucuzlaşdı
"TikTok" Trampı qoruyur - Onunla bağlı neqativ xəbər bloklanır