Polis Cəmil Həsənlinin mitinqi ilə bağlı məlumat verdi

img

04-10-2013 [17:03]


Bir sıra KİV-lər prezidentliyə namizəd Cəmil Həsənlinin Sabirabaddakı stadionda keçirdiyi mitinqdə təxribat baş verdiyi barədə məlumatlar yayılıb. Məlumatında bildirilir ki, bu gün Milli Şuranın Sabirabadda keçirdiyi təbliğat-təşviqat mitinqində bir qrup şəxslə mitinq iştirakçıları arasında insidentin yarandığı barədə məlumatlar yayılıb.

Sabirabad rayon Polis Şöbəsindən isə APA-ya verilən məlumata görə, Milli Şuranın bu gün Sabirabadda keçirdiyi təbliğat-təşviqat mitinqində Bakıdan gələn qonaqlarla birlikdə 150 nəfər şəxs iştirak edib. Şöbədən bildirilib ki, mitinq cəmi 27 dəqiqə çəkib və Milli Şuranın namizədi mitinq iştirakçılarının suallarına cavab verə bilmədikləri üçün ərazidən uzaqlaşıblar.

Qeyd olunub ki, mitinqin keçirildiyi şəhər stadionunda polis tam təhlükəsizliyi təmin edib və mitinq zamanı hər hansı insidentin yaranmasına imkan verilməyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA