Astarada arvadının qulaqlarını kəsənə cinayət işi açıldı

img

02-10-2013 [17:01]


Çingiz Mehdiyev bir neçə saat bundan əvvəl polisə ifadə verib. Astara Rayon Prokurorluğuna gələrək ifadə verən ər, hadisəni namus üstündə törətdiyini bildirib. Hazırda faktla bağlı Astara Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 145-ci maddəsi ilə cinayət işi başlanıb. Çingiz Mehdiyevin əməli sübuta yetirildiyi təqdirdə onu 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

* * *

Astara rayonunda həyat yoldaşına dəhşətli işgəncələr verərək onun saçını qırxan, qulağını kəsən ər danışıb. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, Nisə Xəlilovanın qayınanası gəlininin üzük söhbətindən sonra döyülmsinin iftira olduğunu deyib.

Hadisəni törədən Çingiz Mehdiyev isə arvadının ona xəyanət etdiyini və davanın da bunun üstündə düşdüyünü iddia edib. Çingizin sözlərinə görə, hadisə baş verən gecə saat 4-də həyat yoldaşını dostunun maşınından düşərkən görəndə əsəblərinə hakim ola bilməyib: "Qeyrətimə və uşaqlarıma görə etdim bunu. Uşaqlarıma görə peşmanam, ancaq onun üçün yox. Elə qadın ölməli idi. Yaşamamalıdır həyatda. İki balasına, ərinə xəyanət edib”.

Xatırladaq ki, əri tərəfindən amansız işgəncələrdən sonra vəhşicəsinə döyülən N.Xəlilova yaxınları tərəfindən vaxtında xəstəxanaya çatdırılması nəticəsində həyatını xilas etmək mümkün olsa da, aldığı psixoloji gərginlik çətin ki, unudula.

Yaxınlarının bildirdiyinə görə, 9 ilin gəlini, 28 yaşlı Nisə həyat yoldaşı tərəfindən mütəmadi olaraq zorakılıq hərəkətlərinə məruz qalıb. Döyülüb, söyülüb, atası evinə yola salınıb. Amma gəlin ailəsini dağıtmamaq, 2 uşağını atasız qoymamq xətrinə bütün bunlara dözüb.

Baş verən hadisə bağlı zərərçəkən tərəfin Astara Rayon Polis Şöbəsinə müraciətindən sonra başlanan cinayət işi hazırda Astara Rayon Prokurorluğuna verilib. Çox təəssüf ki, dəfələrlə müraciət olunmasına baxmayaraq, bu qurumdan hər hansı açıqlama verilməyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA