Sabirabadda ev yandı, 2 yaşlı uşaq yanaraq öldü

img

23-10-2013 [17:58]



Sabirabadda yaşayış evi yanıb. MİA Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə rayonun Quruzma kəndində (rayon mərkəzindən 31 km aralı) qeydə alınıb. Vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan, 3 otaq və aynabənddən ibarət birmərtəbəli evin yanar konstruksiyaları (evin tavanı və döşəməsi qamışdan və taxta konstruksiyalardan ibarətdir) yanıb. Yanğın zamanı ev sahibinin həyat yoldaşı yanıq xəsarəti alıb və xəstəxanaya aparılıb.

Evdə olan 2 azyaşlı yanğınsöndürənlər çatana kimi vətəndaşlar tərəfindən xilas edilib. Yanğın saat 13:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibinin nəvəsi, 2011-ci il təvəllüdlü Sahilə Ceyhun qızı Xəlilzadənin cəsədi aşkar olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA