Azərbaycan-İran, Azərbaycan-Gürcüstan sərhədləri nə vaxt açılacaq? - Rəsmi qərar verildi

img

18-04-2020 [20:47]


Xüsusi karantin rejiminin müddətinin uzadılması ilə əlaqədar Azərbaycan-İran sərhədinin mayın 4-dək bağlı saxlanılmasına qərar verilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 aprel tarixli Qərarına əsasən, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2020-ci il 4 may saat 00.00-dək uzadılıb: "Bununla əlaqədar Azərbaycan Respublikasının İran İslam Respublikası ilə dövlət sərhədinin müvəqqəti bağlı saxlanılması barədə qərarın müddəti 2020-ci il 4 may saat 00.00-dək uzadılıb".

Bundan əlavə, Baş Nazir Əli Əsədovun sərəncamına əsasən, Azərbaycan Respublikası ilə Gürcüstan arasında da dövlət sərhədinin müvəqqəti bağlı saxlanılması barədə qərarın müddəti 2020-ci il 4 may saat 00.00-dək uzadılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA