"Kiməsə maşından istifadəyə qadağa qanunla mümkün deyil" - DYP

img

20-04-2020 [11:38]


"Xüsusi karantin rejimindən sonra nəqliyyatın hərəkət intensivliyinin azaldılması bütün dünyada olan problemlərdən biridir".

Mia.az xəbər verir ki bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

"Bu gün nə qədər insan nəqliyyat vasitəsindən istifadə etmir. Ona görə də şəhərdə nəqliyyatın hərəkətində bir o qədər də sıxlıq yoxdur. Amma xüsusi karantin rejimi bitdikdən sonra kiməsə fərdi nəqliyyat vasitəsindən istifadə edilməsinə hər hansı məhdudiyyət tətbiq olunması qanunvericiliklə mümkün deyil. Xüsusi karantin rejimi artıq bitdikdən sonra istər-istəməz şəhərdə nəqliyyat sıxlığı yaşanacaq. Bunun qarşısının alınması üçün hardasa yol şəbəkəsi daha geniş istifadə olunmalıdır", - K.Əliyev bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA