Teledərslərin sabaha olan cədvəli açıqandı

img

15-04-2020 [12:45]


Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Mədəniyyət” və "ARB Günəş" kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin aprelin 16-sı üçün nəzərdə tutulan cədvəli açıqlanıb.

Təhsil Nazirliyindən Mia.az-a verilən məlumata görə, sabah Azərbaycan bölməsi üçün sabah saat 10:00-da - Fiziki tərbiyə; 10:10-da IX sinif - Azərbaycan dili, Riyaziyyat, Fizika, Tarix; 10:55-də VIII sinif - Azərbaycan dili, Riyaziyyat, Fizika, Tarix; 11:40-da VII sinif - Azərbaycan dili, Riyaziyyat, Fizika, Tarix; 12:30-da VI sinif - Biologiya, İngilis dili, Coğrafiya; 12:50-də IV sinif - Azərbaycan dili, Riyaziyyat, Həyat bilgisi; 13:15-də III sinif - Azərbaycan dili, Riyaziyyat, Həyat bilgisi; 13:50-də Məktəbdənkənar dərsləri olacaq.

Rus bölməsi üçün 14:05-də III sinif - Rus dili, Riyaziyyat, Həyat bilgisi; 14:40-da V sinif - Rus dili, Riyaziyyat; 15:00-da VI sinif - Biologiya, Coğrafiya; 15:15-də VII siniflərə Kimya, Biologiya, Coğrafiya dərsləri olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA