Azərbaycanda daha çox qadınlar koronavirusa yoluxub

img

15-04-2020 [17:38]


"Bu gün koronavirus pandemiyası ilə bağlı 3 661 test edilib. 17 nəfər reanimasiyadadır. Onlardan da 6-sı süni nəfəs aparatına qoşulub".

Mia.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, bu xəstəliyə yoluxma qadınlar arasında üstünlük təşkil edir. R.Bayramlı qeyd edib ki, ümumilikdə 1 253 yoluxma faktı var:

"Bu günə qədər 75 397 test edilib. Ölüm sayı 13-dür. Bu gün ölüm faktı olmayıb. Bu günə qədər 404 nəfər sağalıb".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA