İran tibbi avadanlıq və pereparatların ixracatını qadağan edib

img

15-04-2020 [10:55]


İran koronavirusa görə yaranmış vəziyyətlə əlaqədar olaraq tibbi avadanlıq və pereparatların ixracatını qadağan edib.

Bunu İranın ticarətin inkişafı təşkilatının rəhbəri, sənaye və ticarət nazirinin müavini Həmid Zadbum bildirib.

Onun sözlərinə görə, bura bir sıra tibbi məhsullar, o cümlədən maska, onun hazırlanmasında istifadə edilən parça və materiallar, virusdan müdafiə geyimlərinin ixracatı daxildir: “Bu qadağa həmin avadanlıq və məhsullara özümüzün ehtiyacı olduğunu göstərir. Qadağa daxili bazarın tələbatı ödəməsindək qüvvədə qalacaq”.

Qeyd edək ki, aprelin 14-inə olan məlumata əsasən, İranda 74 877 nəfər koronavirusa yoluxub, 4 683 nəfər isə virusun qurbanı olub/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA