Azərbaycanda 9 yaşadək 66 uşaq koronavirusa yoluxub - TƏBİB yaş statistikasını açıqladı

img

15-04-2020 [18:34]


Azərbaycanda bu günə qədər koronavirusa yoluxanlar arasında 66 uşaq da var.

Mia.az xəbər verir ki, bu barədə statistik məlumatı TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı açıqlayıb.

O bildirib ki, ölkədə yoluxanlardan 640 nəfəri kişi, 557 nəfəri isə qadınlardır: "Yaş qruplarına gəlincə, 0-9 yaş arasında 66 nəfər, 10-19 yaşarası 60, 20-29 yaşarası 175, 30-39 yaşarası 214, 40-49 yaşarası 198, 50-59 yaşarası 248, 60-69 yaşarası 157, 70-79 yaşarası 56, 80 və yuxarı yaş qrupunda isə 23 nəfərdə yoluxma qeydə alınıb".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA