Biləsuvarda Şəhidlər Xiyabanında nə baş verib? - DİN-dən yayılan xəbərə reaksiya

img

14-04-2020 [16:33]


Daxili İşlər Nazirliyi (DİN) Biləsuvar Şəhidlər Xiyabanındakı məzar daşlarının boyanması ilə bağlı sosial şəbəkələrdə yayılan iddialara münasibət bildirib.

DİN-in Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, hadisə ilə bağlı Biləsuvar Rayon Polis Şöbəsinə müraciət edilib.

Qeyd olunub ki, məsələ ilə bağlı araşdırma aparılıb: "Dərhal polis əməkdaşları hadisə yerinə gediblər. Araşdırma zamanı müəyyən edilib ki, yağan yağışdan sonra məzar daşlarının üzərində ləkələr qalıb. Dərhal da məzar daşları təmizlənib".

Xatırladaq ki, Biləsuvarda Şəhidlər Xiyabanında məzar daşlarının üzərinin boyanaraq təhqir olunması iddiası ilə sosial şəbəkələrdə videogörüntü paylaşılmışdı.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA