Azyaşlı övladları ilə piknik təşkil edən şəxslər cərimələndi - FOTO

img

14-04-2020 [15:15]


Mingəçevir Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşları tərəfindən şəhər ərazisində karantin rejimi qaydalarının təmin olunması məqsədilə xidmət aparılan zaman “Dəniz yolu” deyilən ərazidə azyaşlı övladlarının da iştirakı ilə piknik təşkil edən şəxslər müəyyən edilib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Mia.az-a verilən məlumata görə, onların Mingəçevir şəhər sakinləri Natiq Qənbərov, Sərxan Nəsirov, Vüsal İsmayılov, Nicay Quliyev və Məhəmməd Abdullayev olduqları məlum olub. 

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunub və cərimə ediliblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA