Ter-Petrosyan sabiq prezidentləri xəyanətdə ittiham etdi

img

08-04-2020 [12:54]


Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan hazırda həbsdə olan xələfi Robert Koçaryana və sabiq prezident Serj Sarqsyana xəbərdarlıq edib.

“Report” xəbər verir ki, Ermənistanın ağır vəziyyətə düşdüyünü vurğulayıb. 

O, mövcud hökumətin koronavirusa qarşı mübarizəsini təqdir edib.

L.Ter-Petrosyan adını çəkməsə də, R.Koçaryan və S.Sarqsyanı KİV-də hökumətə qarşı “ikinci cəbhə” açdıqlarını bildirib. 

Ermənistanın birinci prezidenti ikincini xəyanətdə ittiham edərərək deyib: “İndiki şəraitdə hökuməti tənqid edənlər kömək göstərmir, əksinə, özləri üçün siyasi xal qazanırlar. Bu adi vəziyyətdə normal sayılsa da, müharibədəki kimi indiki şəraitdə xəyanətə bərabərdir”. 

Ter-Petrosyan Robert Koçaryan və Serj Sarqsyanı nəzarətlərində olan KİV-də hakimiyyətə qarşı mübarizəni təcili dayandırmağa çağırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR