Norveç koronavirusun yayılmasını nəzarəti altına alıb

img

07-04-2020 [14:00]


“Hökumət koronavirusun alovlanması ilə bağlı vəziyyəti nəzarəti altına alıb və yoluxmaların sayını azalda bilib”.

Bunu Norveçin səhiyyə naziri Bent Hoye deyib. 

Nazirin sözlərinə görə, ölkədə yoluxmuş şəxsdən sağlam insana virusun ötürülməsi göstəricisi azalıb. B.Hoye bildirib ki, Norveçdə məhdudiyyət tədbirləri görülmədən öncə 1 nəfər ortalama 2,5 nəfəri yoluxdururdu, hazırda bu göstərici 0,7-yə enib.

“Bu o deməkdir ki, biz koronavirus infeksiyasını nəzarəti altına almışıq. Görülmüş tədbirlərin bəhrəsi oldu. Ancaq tədbirlər davam etməlidir”, - nazir vurğulayıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA