Nyu-Yorkda bir gündə 600-ə yaxın insan koronavirusdan öldü

img

05-04-2020 [20:17]


ABŞ-ın Nyu-York ştatında bir gün ərzində koronavirus xəstələrinin sayı daha 600 nəfər artıb.

Bu barədə ştatın qubernatoru Endryü Kuomo bildirib.

O, qeyd edib ki, virusa yoluxanların sayı 113 704 nəfərdən 122 031 nəfərə yüksəlib.

"Qurbanların sayı 3 565-dən 4 159-a qədər artdı", - mətbuat konfransında Kuomo deyib. Ölənlərin sayı ilk dəfə əvvəlki günlə müqayisədə azalıb.

Qubernatorun sözlərinə görə, aprelin 2-də koronavirusdan 562 insan ölüb. Bundan bir gün sonra 630 nəfər, ayın 4-də isə 594 insan pandemiyanın qurbanı olub.

Nyu-York ştatı hazırda ABŞ-da epidemiyanın mərkəzidir. Şənbə günü bildirilib ki, ştatda xəstələrin sayı 113,7 min nəfərdir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR