"....yerdə qalan əhaliyə 24 saat küçəyə çıxmaq qadağandır" - Hökumətdən maşınlarla bağlı qadağaya izahat

img

30-03-2020 [21:08]


"Həyati vacib sahələrdə çalışanların şəxsi avtomobillərindən istifadəyə icazələri var. Yerdə qalan əhaliyə isə 24 saat küçəyə çıxmaq qadağandır",

Mia.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

O bildirib ki, istisna hallarda küçəyə çıxanda da nəqliyyatdan istifadəyə ehtiyac yoxdur: “Çünki o hallarda da ancaq yaşadıqları ünvanlara yaxın yerlərə gedilməlidir. Metro və avtobuslar da təyin edilən rejimdə işləyəcək. Doğrudur, bu gün metroda sıxlıq olub. Yeni qəbul edilən qadağalardan sonra metro və avtobusda artıq bugünkü sıxlığın olmayacağı gözlənilir və bu istisna olunmur”.

Digər xəbərlər
SON XƏBƏRLƏR