"Krediti düşünmə, evə qal" - Bu qurum kredit ödənişlərini ertələdi

img

28-03-2020 [15:40]


“Sağlıq hər şeydən vacibdir” – deyən İrşad Electronics müştərilərinə qarşıdakı aprel ayını evdə rahat qalmaq üçün şərait yaradıb. İrşad Electronics müştərilərinin aprel ayı üzrə kreditlərini növbəti aya ertələyib.

Mia.az xəbər verir ki, bu barədə şirkətin rəsmi facebook səhifəsində məlumat yayılıb:

""Covid-19" virusu ilə əlaqədar olaraq, sizlərə dəstək olmaq adına aprel ayı üçün aylıq ödənişlərə 1 AYLIQ FASİLƏ verilməsini qərara aldıq". 

Bu müddətdə İrşad Electronics müştəriləri evdə rahat oturub, özlərinin və əzizlərinin sağlamlığının qayğısına qala bilərlər. May ayından başlayaraq, İrşad Electronics-ə olan kreditlərini aybaay ödəməyə davam etdirə bilərlər.

İrşad Electronics koronavirus zəncirini qırmaq, onu yaymamaq və özlərinin də yoluxmamağı üçün müştərilərinə evdən çıxmamağı tövsiyə edir. Əməkdaşlarının da karantin qaydalarına riayət etməsini və mağazalara insan axınının qarşısını almaq istəyən şirkət martın 28-dən etibarən bütün mağazalarının fəaliyyətini müvəqqəti dayandırıb. Bu müddətdə yalnız onlayn sifarişlər üzrə nağd və taksitli alışlar həyata keçiriləcək. Müştərilərə məhsulların çatdırılması yüksək dezinfeksiya tələblərinə uyğun olaraq təşkil ediləcək.

İrşad Electronics ölkə üzrə 30-dan artıq mağazaya malik mobil telefon, elektrotexnika və məişət avadanlıqları satışı şəbəkəsidir".


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı