Parklara, bulvara və restoranlara giriş tam məhdudlaşdırılır - Hökumətin qərarı ilə 

img

27-03-2020 [21:11]


Martın 29-dan koronavirusun yayılmamamsı məqsədi ilə Azərbaycanda bütün bulvar, park və istirahət məkanlarına insanların sıxlığını tənzimləmək məqsədilə giriş məhdudlaşdırılacaq.

Mia.az xəbər verir ki, bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında bildirilib.

Bundan əlavə, xüsusi karantin rejimi dövründə bütün ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmət dayandırılsın və evə götürmə, çatdırma, və onlayn satışlara məhdudiyyətsiz icazə verilib.

Qeyd edək ki, bu qərara qədər ictimai iaşə obyeklərinə saat 12.00-dan 15.00-dək işləməyə icazə verilmişdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq