Azərbaycanda prokurorlara yeni səlahiyyətlər verilir

img

27-03-2020 [15:55]


Azərbaycanda prokurorlara yeni səlahiyyətlər verilir.

Bununla bağlı məsələ Milli Məclisin martın 30-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, “Məşğulluq haqqında” qanunun 4.6-4.8-ci maddələrinin tələblərinin dövlət və yerli özünüidarəetmə orqanları tərəfindən pozulduğu hallarda inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar prokuror tərəfindən qəbul ediləcək.

Qeyd edək ki, 4.6-cı maddəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) məşğul şəxslər barəsində bu Qanunun 4.4.2-ci, 4.4.4-cü, 4.4.5-ci, 4.4.6-cı, 4.4.7-ci və 4.4.10-cu maddələrinə uyğun olaraq təqdim edilmiş məlumatları həmin məlumatlar təqdim olunduğu gündən ən geci 1 (bir) ay müddətində məşğul şəxslərin reyestrinə daxil etməlidir.

4.8-ci maddəyə əsasən isə, bu Qanunun 4.4.1-ci, 4.4.3-cü, 4.4.8-ci və 4.4.9-cu maddələrində nəzərdə tutulmuş məlumatlar məşğul şəxslərin reyestrinə inteqrasiya olunmuş dövlət orqanlarının və digər qurumların apardığı elektron informasiya sistemləri vasitəsilə ən geci 1 (bir) ay müddətində daxil edilir/Trend.


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA