Marneulidə 9 günlük körpə koronavirus şübhəsi ilə karantinə alınıb

img

25-03-2020 [14:56]


Gürcüstanın Marneuli rayonundan olan 9 günlük körpə koronavirus şübhəsi ilə Tbilisi Dövlət Tibb Universitetinin klinikasına yerləşdirilib.

Bu barədə klinikanın direktoru Levan Ratiani məlumat verib.

Onun sözlərinə görə, yeni doğulmuş körpənin ağır tənəffüs çatışmazlığı problemi var. Hazırda onun vəziyyətinin stabil olduğu bildirilir.

Qeyd olunub ki, koronavirusla bağlı testlər də artıq körpədən götürülüb və analiz edilməsi üçün labaratoriyaya göndərilir/APA.

Digər xəbərlər
SON XƏBƏRLƏR