"Sədərək" və "Binə" ticarət mərkəzləri işlərini dayandırmayıb? - Hüquqşünasdan sərt mesajlar
23-03-2020 [18:15]
“Bu dəqiqələrdə mənə daxil olan və özümün də yoxladığım məlumatlara görə Azərbaycanın ən böyük ticarət mərkəzləri sayılan "Sədərək" və "Binə" ticarət mərkəzləri işlərini dayandırmayıb. Bu ticarət mərkəzlərinin başında duran kimlərdir?! Yoxsa yenə "Dövlət içində olan Dövlət" Azərbaycan Hakimiyyətinin qəbul etdiyi qərarları icra etmir, Hakimiyyətə əzələ nümayiş etdirir?!".
Mia.az xəbər verir ki, bu sözləri hüquqşünas Aslan İsmayılov səhifəsində yazıb.
O bildirib ki, bu gün orada ticarətlə məşğul olanlar təhlükəni anlasalar da, icarə haqlarının dayandırılmadığına görə təhlükəni gözə alıb məcburiyyətdən işlərini davam etdirirlər:
"Yenə deyirəm, burada kimlərinsə çörəyinə bais olmaqdan söhbət getmir. Söhbət hamımızın sağlamlığından, ölüm-dirim məsələsindən gedir. Hesab edirəm ki, dövlət rəsmiləri Koronavirusla mübarizə Fonduna ayrılan vəsaitdən ticarət mərkəzlərinin yükünə yardım etməli, bu yerlərin narazılıq olmadan bir müddətlik bağlanmasını təmin etməlidilər. Əks halda Azərbaycanın Vuhanı (Çində virusun ilk yayıldığı şəhər) elə həmin ticarət mərkəzləri olacaq”.
Aslan İsmayılov Gürcüstanda bu mənada görülən tədbirləri misal çəkərək sözlərinə belə davam edib: “Bir məqamı da diqqətinizə çatdırım ki, dünən Gürcüstanın azərbaycanlılar yaşayan Marneuli rayonunda 1 qadında koronavirus aşkar edildiyinə görə bütün rayon mühasiyərə alınaraq giriş-çıxış qadağan olunub, həmin qadının bu müddət ərzində ünsiyyətdə olduğu insanların müəyyən edilməsinə başlanılıb. Həmin qadını isə bu virusa Azərbaycandan gələn bacısı yoluxdurub. Bizdə isə Bakıda virus daşıyıcılarının bu qədər sayına baxmayaraq, işçilərinin sayı 30 mindən artıq olduğu ticarət mərkəzləri (hələ ora alış-veriş üçün gedənləri demirəm) rəsmi qərardan sonra hələ də fəaliyyətlərini davam etdirirlər.
Ərzaq mağazaları və apteklər istisna olmaqla, ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”ların fəaliyyəti bir ay müddətinə dayandırılmalıdır”.
“Turan” əhəmiyyətli 1 xal qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı
Vüqar Səfərlinin əmlakı davası barədə qərar verildi - Həyat yoldaşının adına olan ev geri qaytarıldı
GENERAL APARAT RƏHBƏRİ TƏYİN EDİLDİ
Türkiyədə güclü zəlzələ olub
Pakistanda məsciddə terror: 24 nəfər ölüb, 100 nəfər isə yaralanıb
"Beşiktaş" kolumbiyalı qapçını heyətinə qatıb
"Karvan-Yevlax", "Kəpəz" və "Turan Tovuz" klubları cərimələnib
"Konyaspor" klubu yeni baş məqşçi ilə anlaşıb
Klinton Tramp və partiyasını qorxuya saldı: "Şounu buraxın, kameralar qarşısında ifadə verək"
"Ruhi Əliyeva və Səidə Bakırqızının aktyorluğu biabırçılıqdır"
Bu məşhurlar da saxlanıldı - FOTOLAR
İcarədar iş adamını ittiham edir: "Kompensasiyanı vermək əvəzinə məni susdurmağa çalışır"
Məşhurların övlad və nəvələri "İdrak"da oxuyurmuş - İllik 10 min manatdan başlayır (YENİLƏNİB)
Agbadou "Beşiktaş"la anlaşdı - Məşhur futbolçu İstanbula gəldi
"Azərlotereya"nın "Binqo" oyununda rekord cekpot qazanılıb
Sabah hava necə olacaq? - Proqnoz
Dövlət Gömrük Komitəsinin sabiq sədrinin köməkçisi həbs edildi - 423 min borc, boşanma, bağ evi və daha nələr....
Bank və dövlət sektorlarına fişinq cəhdi müəyyən olunub