Bakıda dezinfeksiya tədbirləri davam etdirilir - Meriyadan açıqlama
23-03-2020 [14:12]
Ölkə rəhbərliyinin tapşırıqlarına uyğun olaraq koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən ciddi təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi daha da gücləndirilib.
BŞİH-nin Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, paytaxtda bu xəstəliyə yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə paytaxtın kommunal xidmətlərinin kollektivləri xüsusi gücləndirilmiş iş rejiminə keçərək Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq dezinfeksiya tədbirlərinin həyata keçirilməsini davam etdirirlər.
Mütəmadi olaraq paytaxtın kommunal xidmət qurumları tərəfindən xüsusi dezinfeksiyaedici maddələrlə yaşayış binalarında, binalardakı ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, sakinlərin daha çox istifadə etdiyi yerlərdən konteyner meydançalarında, həyət və yaşayış məhəllələrində, həmçinin digər yerlərdə, paytaxt sakinlərinin daha çox istifadə etdikləri ticarət mərkəzlərində, akıbazarlarda, iri Mollarda tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılır, əlavə qabaqlayıcı və maarifləndirici tədbirlər görülür.
Məsələnin ciddiliyi nəzərə alınaraq Bakı şəhərində gündəlik olaraq səhər saat 06:00-dan 08:00-dək, axşam saatlarında saat 21:00-dan 23:00-dək xüsusi kommunal texnikalar vasitəsi ilə şəhərin küçə və prospektlərin kənarları, yol kənarlarındakı məhəccərlər və s. yuyulması aparılır. Bu işlər həm mərkəzdə, həmçinin ətraf ərazilərdə də aparılır.
BŞİH-dən bildirilib ki, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansında olan 11 400-dən artıq yaşayış binalarında, həyət və ümumi istifadə yerlərində artıq 1 aydır ki, aparılan dezinfeksiya işləri arasıda fasilələr azaldılıb, həyətlərdəki məişət tullantıları konteynerləri meydançalarında bu işlərə diqqət daha da artırılıb.
Eyni zamanda paytaxtda 2000-dən çox kooperativ bina və yaşayış kompleksləri də mövcuddur. Bu binalar xüsusi və ya kollektiv mülkiyyətdə olduğundan burada yaşayan sakinlərin təhlükəsizliyinin təminatı üçün əmin kooperativlərin rəhbərliyi tərəfindən, burada yaşayan sakinlərin vəsaiti hesabına dezinfeksiya işləri aparılmalıdır. Təəssüf ki, bu binalarda dezinfeksiya işlərinə o qədər də ciddi yanaşılmır. Bu da ciddi naraharçılıq yaradır. Ona görə də bu bu kimi binalarda yaşayanlar özləri sağlamlıqlarlna diqqət yetirməlidirlər.
Şəhər kommunal xidmətləri bu vacib işlərdə hər zaman belə bina sakinlərinə köməkliklər edirlər və lazım gələrsə yenə də edəcəklər.
BŞİH həmçinin hər bir vətəndaşın şəxsi və kollektiv gigiyena tələblərinə riayət etmələrinin vacibliyini də sakinlərin nəzərinə çatdırır. Bununla da biz həm özümüzü, həm də yaxınlarımızı təhlükədən uzaqlaşdıra bilərik.
“Turan” əhəmiyyətli 1 xal qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı
Vüqar Səfərlinin əmlakı davası barədə qərar verildi - Həyat yoldaşının adına olan ev geri qaytarıldı
GENERAL APARAT RƏHBƏRİ TƏYİN EDİLDİ
Türkiyədə güclü zəlzələ olub
Pakistanda məsciddə terror: 24 nəfər ölüb, 100 nəfər isə yaralanıb
"Beşiktaş" kolumbiyalı qapçını heyətinə qatıb
"Karvan-Yevlax", "Kəpəz" və "Turan Tovuz" klubları cərimələnib
"Konyaspor" klubu yeni baş məqşçi ilə anlaşıb
Klinton Tramp və partiyasını qorxuya saldı: "Şounu buraxın, kameralar qarşısında ifadə verək"
"Ruhi Əliyeva və Səidə Bakırqızının aktyorluğu biabırçılıqdır"
Bu məşhurlar da saxlanıldı - FOTOLAR
İcarədar iş adamını ittiham edir: "Kompensasiyanı vermək əvəzinə məni susdurmağa çalışır"
Məşhurların övlad və nəvələri "İdrak"da oxuyurmuş - İllik 10 min manatdan başlayır (YENİLƏNİB)
Agbadou "Beşiktaş"la anlaşdı - Məşhur futbolçu İstanbula gəldi
"Azərlotereya"nın "Binqo" oyununda rekord cekpot qazanılıb
Sabah hava necə olacaq? - Proqnoz
Dövlət Gömrük Komitəsinin sabiq sədrinin köməkçisi həbs edildi - 423 min borc, boşanma, bağ evi və daha nələr....
Bank və dövlət sektorlarına fişinq cəhdi müəyyən olunub