Azərbaycanda məscid və ziyarətgahlara giriş-çıxışa məhdudiyyətlər qoyuldu - QMİ-dən qərar

img

17-03-2020 [20:58]


Azərbaycanda koronavirus infeksiyasının törədə biləcəyi təhlükənin qarşısının alınması məqsədilə məscid və ziyarətgahlara giriş-çıxışa məhdudiyyətlər tətbiq edilib.

Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və səlahiyyətli nümayəndələrlə birlikdə bu gün keçirilən iclasında qərar qəbul edilib.

Qeyd olunub ki, hazırda bütün dünyada sürətlə yayılmaqda olan koronavirusun bilavasitə təmaslar vasitəsilə yoluxaraq insan həyatına ciddi təhlükə yaratmasını, Azərbaycan ərazisində bütün kütləvi tədbirlərin qadağan olunmasını nəzərə alaraq, onun qarşısını almaq məqsədilə məscid və ziyarətgahlara giriş-çıxışa və burada ibadətlərin icra olunmasına qadağa qoyulub.

Dindarlardan bu qərara əməl etmələri xahiş olunub/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA