Energetika Nazirliyində vətəndaş qəbullarının keçirilməsi dayandırılıb 

img

17-03-2020 [10:23]


Nazirlər Kabinetinin 2020-ci il 16 mart tarixli tapşırığına uyğun olaraq, koronavirus infeksiyasına (COVİD-19) qarşı mübarizə çərçivəsində görülən tədbirlərlə bağlı Energetika Nazirliyində vətəndaş qəbullarının keçirilməsi dayandırılıb. 

Nazirliyin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, vətəndaşların müraciətləri nazirliyin (012) 598-16-53/54 (daxili: 1145, 1146) telefon nömrəsi, (012) 598-16-55 “Qaynar Xətti” və “974” Çağrı Mərkəzi vasitəsilə qəbul ediləcək və cavablandırılacaq. Bununla yanaşı, vətəndaşlar nazirliyin minenergy.gov.az internet səhifəsi və [email protected] elektron poçt ünvanı vasitəsilə də müraciət edə bilərlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA