“Əlilliyin müəyyən edilməsində çox ciddi problemlər var” - Deputatdan iki nazirliyə ittiham

img

16-03-2020 [13:09]


“Əlilliyin müəyyən edilməsində çox ciddi problemlər var”.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında çıxış edən deputat İlham Məmmədov deyib.

Deputat əlilliyinin müəyyən edilməsi proseduru ilə bağlı Səhiyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin iştirakı ilə ictimai dinləmənin keçirilməsini təklif edib: “Çünki bu məsələ ilə bağlı mövcud problemləri hər iki qurum bir-birinin üstünə atır. Bu məsələ həll edilməlidir”.

Komitə sədri isə deputatın təklifinə cavab olaraq bildirib ki, bu məsələ ilə bağlı problemlərin olması hökumətə də bəllidir: “Biz payız sessiyasında bu məsələyə qayıda bilərik”.

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA