Mehriban Xanlarova: “İlk dəfə fahişə rolunu mən oynamışam”

img

25-09-2013 [10:52]


"Bəlkə də bu bir təsadüfdür ki, mənə təklif olunan rolları əvvəlcədən urəyimdə arzulamışam. Səhəri gün görmüşəm ki, o rolu mənə veriblər”.

Bunu əməkdar artist, Akademik Milli Dram Teatrının aktrisası Mehriban Xanlarova publika.az saytına müsahibəsində deyib. Aktrisa "Yataq səhnələrinə çəkilərdinizmi?” sualına belə cavab verib: "Niyə çəkilmirəm ki, çəkilərəm. Elə çəkilmişəm də. Azərbaycanda ilk dəfə fahişə rolunu mən oynamışam - "Sahilsiz gecə” filmində. Buna görə təzyiqlərlə də üzləşdim. O rola görə az qala məni döyəcəkdilər. Bizim cəmiyyətdə belə şeylərə pis baxırlar axı. Amma başa düşmürlər ki, bu sənətdir və aktrisa istənilən obrazı yarada bilər”.

M. Xanlarova hazırda yeni bir filmə çəkildiyini, amma bu barədə danışmaq istəmədiyini deyib: "Qoy sürpriz olsun, qabaqcadan danışmayaq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA