Tiflisdən bəhs edən film "Avrasiya" kinofestivalının qalibi oldu

img

24-09-2013 [13:50]


Qazaxıstanın Almatı şəhərində 9-cu "Avrasiya" kinofestivalı başa çatıb. Festivalın Qran-Pri mükafatını Fransa, Almaniya və Gürcüstanın birgə istehsalı olan "Çiçəklənmə dövründə" adlı film qazanıb. Film 90-cı illərdə Tiflisdə iki yeniyetmə qızın həyatından bəhs edir.

Ən yaxşı qadın roluna görə mükafatı İran və Almaniyadan olan aktrisalar İlahə Hizari və Yordis Trebel bölüşüblər. 

Kinofestivalda ümumilikdə 12 film yarışıb. Bu filmlər Sinqapurdan Fransayadək müxtəlif Avrasiya ölkələrini təmsil edib. Münsiflər heyətində isə Qazaxıstan, Filippin, ABŞ və Yeni Zelandiyadan olan kinematoqrafçılar əyləşib. 
"Avrasiya" kinofestivalının səhnəsində rus dilində danışılsa da, filmlərin subtitrləri ingilis dilində olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA