“Bakcell”dən oğurluq edən şəxslər tutulub

img

24-09-2013 [13:44]


Bakıda avtomobillərdən və mağazalardan oğurluq edən şəxslər tutulub. 

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsi əməkdaşları tərəfindən Ruslan Hüseynov və Əlisahib Bədəlov oğurluq etdiklərinə görə saxlanılıb. Onların ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində bu şəxslərin Ömər Tanrıverdiyevə, Firəngiz Süleymanovaya, Təbiət Ağamalıyevə, Hikmət Mahmudova, Seymur Məmmədova məxsus avtomaşınlardan geyim əşyaları, səsgücləndirici, pul, sənədlər, eynək, maqnitofon, Təranə Mustafayevaya, Orxan Əsgərova, Səid Hüseynova məxsus mağazalardan isə pul, danışıq kartları, məişət əşyaları, tütün məmulatı, habelə "Bakcell” Məhdud Məsuliyyətli Cəmiyyətdən kondisioner hissəsi oğurlamaları da müəyyən edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA