Ded Xasan klanından olan “qanuni oğru” tutuldu

img

17-09-2013 [13:05]


Rusiyanın paytaxtı Moskva şəhərində "Mariott” otelinin qarşısında kriminal aləmin tanınmış üzvlərindən biri yaxalanıb.

ANS PRESS-in "News.am” saytına istinadən verdiyi məlumata görə, Rusiya hüquq-mühafizə orqanları Ded Xasanın klanına daxil olan 42 yaşlı ləzgi "qanuni oğru” Racidin Mehraliyev həbs edilib.

Qeyd edək ki, Racidin Mehraliyevin mehmanxanaya gəldiyi "Lexus” markalı maşını polis tərəfindən yoxlanılıb. Deyilənlərə görə, Racidin saxlanılmasında hansısa kriminal aləmin içindən rəvac verilib. Çünki, son zamanlar kriminal aləmdəki müharibə hələ də davam edir. 

Belə ki, bu il avqustun 21-də isə "qanuni oğru”nun arvadının maşını da oğurlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA