"Mal qıtlığını müşahdiə edəcəyik, manatın dəyəri..." - Koronavirus Azərbaycan iqtisadiyyatına necə təsir edə bilər?
25-02-2020 [21:35]
"Dünyada Çin mallarının idxalına məhdudiyyət qoyulması Azərbaycana, eləcə də digər ölkələrin iqtisadiyyatına təsirsiz ötüşməyəcək. Hətta indidən bu fəsadlar hiss olunmağa başlayıb".
Mia.az xəbər verir ki, bunu Modern.az-a iqtisadçı Samir Əliyev dünyanı cənginə alan koronavirusun iqtisadiyyata təsirlərindən danışarkən bildirib.
S.Əliyev qeyd edib ki, Çin Azərbaycanın əsas xarici iqtisadi tərfdaşlarından biridir:
"İdxalda Rusiya və Türkiyə əsas yerləri tutsa da, son məlumatlara əsasən Çinin burada payı 11 faizdir. Yəni Azərbaycana gələn 100 manatlıq malın 11 manatı Çinin payına düşür. Buradan geyim mallarından tutmuş, elektrotexnikaya qədər hər şey idxal edilir. Bizim "Binə", Sədərək" kimi iri ticarət mərkəzlərimiz, eləcə də şəhərin müxtəlif yerlərindəki "Mall"larda daha çox Çidən gətirilən mallar-başdan ayağa qədər geyimlər, kosmetika məhsulları və s. üstünlük təşkil edir. Ona görə də Çinlə ticarət əlaqələrinin məhdudlaşdırılmasının təsirini təbii olaraq hiss edəcəyik".
İqtisadçı Çində baş verən proseslərin Azərbaycana təsirlərini iki istiqamətdə-birbaşa və dolayı olaraq dəyərləndirib:
"Birbaşa təsiri odur ki, virusa görə Çindən gətirilən mallara ya qadağa qoyulub, ya da məhdudlaşdırılıb. Bu o deməkdir ki, çin malları idxalda üstünlük təşkil etdiyindən, avtomatik olaraq mal qıtlığına və qiymətlərin yüksəlməsinə səbəb ola bilər. Dolayı təsiri özü də iki istiqamtədə baş verir. Virusun təsir müddətindən asılı olaraq neft qiymətlərində enmələr müşahidə ediləcək. Çin faktiki olaraq ən çox neft idxal edən ölkədir. Təkcə ötən ilin yanvar ayı ilə müqayisədə bu il Çinin pərakəndə avtomobil satışında 92 faiz azalma qeydə alınıb. Bu isə yalnız bir nümunədir. Çində bütün sahələr üzrə ən çox idxalçı dövlətdir. Burada vəziyyət pisləşdikcə, bütün ölkələrə təsiri müşahidə ediləcək".
Onun sözlərinə görə, proses uzanarsa, manatın devalvasiyası da qaçılmaz olacaq:
"Neft qiymətlərinin kəskin bahalaşmasının acı nəticələrini hələ 2015-ci ildə yaşadıq. Dolayı yolun ikinci təsiri isə vacib idxalçı ölkələr Rusiya və Türkiyədən gözlənilir. Təsəvvür edin ki, Rusiya və Türkiyə Çinlə əlaqələri dayandırıb, sərhədləri bağlayıb. Türkiynin özündə istehsal olunan malların çoxunun da xammalı Çindən alınır. Çinlə əlaqələrimiz tam dayandırılarsa, Türkiyə bazarı Azərbaycanı tam təmin edəcək gücdə deyil. Çinlə əlaqələr məhdudlaşdırıldığından Türkiyənin özündə də qıtlıq yaranacaq, tələbat artacaq.
Avtomatik olaraq, Çini Türkiyə, Pakistan, Hindistan kimi ölkələr əvəz etməyə başlayacaq. Bu o deməkdir ki, həm Rusiya, həm də Türkiyədə mal qıtlığı yarana bilər, həm də bahalaşma ola bilər.
2015-ci ildə neft ucuzlaşdı, bu da manatı ucuzlaşdırdı. İndi isə ikibaşlı təsir gözlənilir. Hazırda milli valyutanın məzınnəsi dəyişməsə belə, mal qıtlığını müşahdiə edəcəyik. Üstəgəl, neftin qiyməti də ensə, bu, manatın devalvasiyasına gətirib çıxaracaq. İranla sərhədlərin bağlanması sərhədyanı rayonlarda sosial vəziyyəti pisləşdirə bilər".
Ekspert Çinin "fevralın sonuna kimi virusu lokallaşdırmağa çalışacağıq" xəbərlərinə inamın az olduğunu deyib:
"Bunu Amerika, Avropa desəydi, inanmaq olardı. Amma Çin qapalı ölkədir. Məlumatlar maksimum dərəcədə gizli saxlanılır, hətta rəqəmlərin üzərində oynayırlar. Amma proses uzanar və bir neçə ay çəkərsə, çox böyük neqativ fəsadlara səbəb ola bilər. Ondan götürək ki, hazıra bu virusun təhlükəsi bütün ölkələrdə hiss edilir. Təkcə Rusiya sərhədləri bağladığına görə gün ərzində 1milyard dollar itirir. Ayrı-ayrı ölkələrdən virusun yayılması xəbərlərinin gəlməsi bazarı təzyiq altında saxlayır".
Qəzzada daha jurnalist həlak olub
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
Qırğızıstan prezidenti Füzuli və Ağdama gedib - (Yenilənib)
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir