Prezident İlham Əliyev fərman imzalayıb - Dəyişiklik

img

28-08-2025 [13:04]


Prezident İlham Əliyev "İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələləri haqqında" 12 avqust 2021-ci il tarixli fərmanında dəyişiklik edib. 

Mia.az xəbər verir ki, dəyişikliyə əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi Bərdədən Xankəndiyə köçürülür. 

Onun fəaliyyəti Xankəndi şəhərini və Ağdərə rayonunu da əhatə edəcək.

Nazirlər Kabineti və Dövlət Komitəsi fərmandan irəli gələn məsələləri həll etməlidir. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA