Bakıda ermənilərin cinayət işi üzrə məhkəmə işi - Qukasyan və Harutyunyanın ifadələri dinlənilib (Yenilənib)
28-08-2025 [21:43]
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası avqustun 28-də davam etdirilib.
Mia.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Hakim Zeynal Ağayev prosesə ilk dəfə qatılan zərərçəkmiş şəxslərə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.
Məhkəmə iclası təqsirləndirilən şəxs Arkadi Qukasyanın cinayət işi üzrə ibtidai istintaqa verdiyi ifadələr və ona aid digər sənədlərin elan olunması ilə davam etdirilib.
Təqsirləndirilən şəxs Arkadi Qukasyan ibtidai istintaq zamanı ifadəsində bildirib ki, qondarma rejimin "prezidenti" kimi istənilən "vəzifəyə təyinat"la bağlı qərar qəbul etmək səlahiyyətinə malik olub. Yalnız "müdafiə naziri" vəzifəsinə "təyinat" və "vəzifədən azad etmə" Ermənistanın Müdafiə Nazirliyi və Ermənistan prezidenti ilə razılaşdırıldıqdan sonra baş tutub.
Bölgəyə silah-sursatı yalnız Ermənistan Müdafiə Nazirliyinin göndərdiyini deyən A.Qukasyan ifadəsində vurğulayıb ki, qondarma rejimin "müdafiə nazirliyi" faktiki olaraq Ermənistanın Müdafiə Nazirliyinin tərkib hissəsi kimi çıxış edib.
Bildirilib ki, Ermənistandan silah-sursat və digər bütün təminatlar Gorus-Laçın-Xankəndi, Vardenis-Kəlbəcər-Ağdərə-Xankəndi avtomobil yollarından istifadə edilməklə bölgəyə gətirilib.
Təqsirləndirilən şəxs Arayik Harutyunyanın ibtidai istintaqdakı ifadəsində bildirilib ki, I Qarabağ müharibəsində və ondan sonrakı dövrdə Azərbaycanın həmin vaxt işğal altında olan ərazilərində hərbi qüvvələr Ermənistandan gətirilərək yerləşdirilib. Aprel döyüşləri zamanı da Azərbaycan Silahlı Qüvvələrinə qarşı döyüşən Ermənistana tabe olan, oradan maliyyələşən hərbi birləşmələr olub. Silah-sursat, hərbi texnika və canlı qüvvə dəstəyi də həmişəki kimi Ermənistandan təmin edilib.
A.Harutyunyan 2020-ci ildə 44 günlük müharibə zamanı əsgərlərə ruh yüksəkliyi vermək üçün hərbi kazarmalara və döyüş yerlərinə getdiyini, lakin bütün hərbi əmrləri, göstərişləri Ermənistanın Müdafiə Nazirliyinin və baş qərargah rəisinin verdiyini deyib. Bildirib ki, həmin vaxt baş qərargah rəisi Onik Qosparyan olub və 44 günlük müharibə zamanı bütün rəhbər göstərişlər, əmrlər, tapşırıqlar onun tərəfindən verilib.
"Toçka-U", "Smerç", "Skad" və digər bu tipli raket kompleksləri qondarma rejimin "müdafiə ordusunun" hərbi arsenalında olmayıb. 44 günlük müharibə zamanı iki "Smerç" raket kompleksi Ermənistandan gətirilərək Əsgəranda yerləşdirilib. Raket kompleksini idarə edənlər və şəxsi heyət də Ermənistan hərbi qüvvələrinə aid olub və oradan gətirilib.
Arayik Harutyunyan ibtidai istintaqa ifadəsində qeyd edib ki, Tərtər və Bərdə rayonlarında, Gəncə və Mingəçevir şəhərlərində, Goranboy, Beyləqan və digər rayonların ərazilərində yerləşən, mülki əhalinin sıx məskunlaşdığı ərazilərə, mülki obyektlərə, müdafiə olunmayan ərazilərə, hətta Bakı şəhərinin də yerləşdiyi Abşeron yarımadası istiqamətində ballistik raketlərin atılmasına dair əmrlər Ermənistandan verilib.
Bildirilib ki, 2020-ci il oktyabrın 4-də paylaşdığı "Mənim əmrimlə müdafiə ordusu bu gün Gəncə şəhərində yerləşən hərbi obyektləri məhv etmək üçün bir neçə raket zərbəsi endirib. İndidən mən dinc əhali arasında günahsız qurbanların olmaması üçün atəşkəs əmri vermişəm. Düşmən ondan nümunə götürmədiyi təqdirdə, düşmənin ordusunu parçalayaraq, sıradan çıxararaq bərabər və güclü zərbələr endirməkdə davam edəcəyik. Biz hərəkətlərimizdə sona qədər qərarlıyıq" kimi yazının mətni Ermənistan Respublikasının Müdafiə Nazirliyinin baş qərargah rəisi Onik Qasporyanın təklifi ilə hazırlanaraq ona verilib, o da həmin mətni öz mətbuat katibi Vahram Poqasyana təqdim edərək, onun səhifəsində yerləşdirməyi tapşırıb.
Qeyd edib ki, baş verən proseslərə artıq heç bir təsir imkanının qalmadığını gördüyü üçün 2023-cü il avqustun 31-də "istefa verərək" "prezidentlikdən" imtina edib.
Məhkəmə iclası təqsirləndirilən şəxs Arayik Harutyunyanın mətbuatda və sosial şəbəkələrdə paylaşdığı məlumatlar və ifadələrinin elanı ilə davam edib, fotogörüntülər təqdim olunub.
Sonra məhkəmə iclasında təqsirləndirilən şəxs Bako Sahakyanın ibtidai istintaqa verdiyi ifadəsi elan olunub.
İfadəsinə əsasən qeyd olunub ki, 1988-ci ildən "Azadlıq hərəkatı"nın öncüllərindən biri kimi tanınıb, 1990-cı ildə "özünümüdafiə qüvvələri"nə qoşulub, 1992-1993-cü illərdə qondarma rejimin "özünümüdafiə komitəsi"nin komandir müavini, 1993-1995-ci illərdə qondarma rejimin "müdafiə ordusu"nun "arxa qərargahının komandiri", 1995-1996-cı illərdə "müdafiə ordusu komandirinin xarici əlaqələr üzrə müavini", 1996-1997-ci illərdə 10-cu dağlıq piyada diviziyası komandirinin müavini, 1997-1999-cu illərdə Ermənistan Respublikasının daxili işlər və milli təhlükəsizlik nazirinin köməkçisi, 1999-2001-ci illərdə qondarma rejimin "daxili işlər naziri", 2001-2007-ci illərdə "milli təhlükəsizlik xidmətinin direktoru" vəzifələrində çalışıb. 2007-2020-ci illərdə qondarma rejimin "prezidenti" olub, həmçinin "dövlət naziri vəzifəsi"ni icra edib.
Həmçinin ifadəsində qeyd edib ki, Birinci Qarabağ müharibəsi zamanı aparılan bütün hərbi əməliyyatlara "özünümüdafiə qüvvələri komitəsinin", daha sonra "müdafiə ordusunun sədri" olan Serj Sarkisyan, Ermənistanın müdafiə nazirləri olmuş Vazgen Sarkisyan və Vazgen Manukyan rəhbərlik ediblər. Həmin dövrdə ümumi rəhbərliyi isə "Dövlət Müdafiə Komitəsi"nin sədri olmuş Robert Köçəryan və Ermənistanın ozamankı prezidenti Levon Ter-Petrosyan edib.
Məhkəmə prosesi avqustun 29-da davam etdiriləcək.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar(azəertac).
***
Avqustun 28-də Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arkadi Qukasyanın cinayət işi üzrə ibtidai istintaq zamanı verdiyi ifadələr və ona aid digər sənədlər elan edilib.
Mia.az-ın Azərtac-a istinadla məlumatına görə, təqsirləndirilən şəxs Arkadi Qukasyan ibtidai istintaq zamanı ifadəsində bildirib ki, qondarma rejimin “prezidenti” kimi istənilən “vəzifəyə təyinat”la bağlı qərar qəbul etmək səlahiyyətinə malik olub. Yalnız “müdafiə naziri” vəzifəsinə “təyinat” və “vəzifədən azad etmə” Ermənistanın Müdafiə Nazirliyi və Ermənistan prezidenti ilə razılaşdırıldıqdan sonra baş tutub.
Bölgəyə silah-sursatı yalnız Ermənistan Müdafiə Nazirliyinin göndərdiyini deyən A.Qukasyan ifadəsində vurğulayıb ki, qondarma rejimin “müdafiə nazirliyi” faktiki olaraq Ermənistanın Müdafiə Nazirliyinin tərkib hissəsi kimi çıxış edib.
Bildirilib ki, Ermənistandan silah-sursat və digər bütün təminatlar Gorus-Laçın-Xankəndi, Vardenis-Kəlbəcər-Ağdərə-Xankəndi avtomobil yollarından istifadə edilməklə bölgəyə gətirilib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
TFF prezidenti: ""Qalatasaray" bu etapı keçəcək gücə sahibdir"
"Vəzifədən getməyəcəm" deyən FED-in üzvü Donald Trampa qarşı iddia qaldırdı - ABŞ tarixində bir ilk yaşanır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
“Miray” ləqəbli tiktoker saxlanıldı
Ərdoğanın "qılınc" xəbərdarlığı, nazirin "ordumuz hazırdır, 7/24 gözləyir" mesajı... - Türk ordusu böyük əməliyyat anonsu verdi
Bakıda ermənilərin cinayət işi üzrə məhkəmə işi - Qukasyan və Harutyunyanın ifadələri dinlənilib (Yenilənib)
Hakan Fidan ABŞ dövlət katibi ilə telefonda danışıb
ÇL-in PÜŞKÜ ATILDI - "Qarabağ"ın bəxtinə çox çətin rəqiblər düşdü
Gəncədə daha bir bıçaqlanma hadisəsi olub
Məmmədalı Ağayevi Moskvada saxlayıblar
Kiyevdə Azərbaycan səfirliyinin pəncərələri qırılıb, damda çatlar əmələ gəlib - XİN Rusiyanın hücumu ilə bağlı məlumat yaydı
Karlos Soler "Real Sosiedad"a keçir
"Gündəlik, həftəlik, altı aylıq və illik gediş biletləri təsis olunmalıdır" - Partiya sədrindən gediş haqları ilə bağlı xəbərlərə maraqlı reaksiya
Netanyahunun qəfil həmləsi və Ankaranın artan qəzəbi: rəsmi Bakı hansı addımı atacaq? - TƏHLİL
13 yaşlı qıza 30-dan çox kişi təcavüz edib - Kəmalə Ağazadə şok iddianı təsdiqlədi, "saxlanılanlar var" dedi (YENİLƏNİB)
“Meydan TV”nin əməkdaşlarına 8 maddə ilə ittiham verilib
Abşeronda 54 yaşlı kişini öldürüblər
Ərdoğan Şahbaz Şəriflə müzakirə aparıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Ərdoğan Zelenski ilə telefonda danışdı - Nələr müzakirə olunub?
BŞTİ əməkdaşı başsız məktəbin dağınıq binası ilə bağlı tələb qoyub - "Təhsil Nazirliyində də tualetin qapısı yoxdur?" - FOTOLAR
Belaruslu nazir İstanbulda yoxa çıxıb - Axtarış başlayıb
"Sivasspor" oyunçusu ilə yollarını ayırıb
Bakıda 15 mənzilin sakininə müvəqqəti kirayə pulu veriləcək
Sabiq komitə sədrinin qızı vəzifədən azad olunub - Açıqlama
Teleaparıcı "Azəriqaz"a səsləndi: "Bu, nə məntiqdir? Kartlarınız işləmirsə..." - FOTO
Bakıda ictimai nəqliyyatda gedişhaqqı artırılacaq? - Açıqlama
Babək Quliyev UEFA-dan təyinat alıb
Prezident İlham Əliyev fərman imzalayıb - Dəyişiklik
Təhsil krediti üçün müraciətlər başlanıb
Prezident İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul etdi - Nələr müzakirə olunb?
Beynəlxalq axtarışda olan 9 İŞİD üzvü tutulub - İstanbulda
"Olimpik Marsel" Dani Sebalyosu heyətinə qatır
Sabah hava necə olacaq? - Proqnoz
"Hakimiyyət baxır, məni tanıyır" - Kəramət
Həkim barışıq üçün alimin ailəsinə 40 min təklif edib - Məhkəmə işi
"Açıq-saçıq geyinmisən, səni müayinə etmirəm" deyən həkim... - Türkiyədə daha bir maraqlı olay
Kenni Arroyo yeni klub axtarır
Daha bir ölkə ABŞ-a poçt göndərişlərini dayandırıb
Rusiya Kiyevə ağır zərbələr endirir - Ölən və yaralananlar