Ərdoğan Zelenski ilə telefonda danışdı - Nələr müzakirə olunub?

img

28-08-2025 [16:24]


Bu gün Türkiyə prezidenti Ərdoğan Ukrayna prezidenti Zelenski ilə telefonla danışıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, liderlr Türkiyə ilə Ukrayna arasında ikitərəfli münasibətlər və Ukrayna ilə Rusiya arasında sülh prosesi ətrafında fikir mübadiləsi aparıblar.

Məlumata görə, Prezident Ərdoğan Alyaska və Vaşinqtonda keçirilən görüşləri yaxından izlədiklərini, Türkiyənin müharibəni daimi sülhlə bitirmək üçün səylərini davam etdirdiyini deyib. O bildirib ki, Türkiyənin Ukraynanın təhlükəsizliyinə töhfə verməyə hazırdır.

Prezident Ərdoğan qeyd edib ki, ölkəsi Ukrayna-Rusiya arasında birbaşa danışıqları dəstəkləyir və sülhə zəmin yaradacaq proseslərə əlindən gələni etməyə hazırdır

Prezident Ərdoğan sonda Ukraynanın müstəqillik günü münasibətilə təbrik edib.

Firudin Səfərli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA