MSK Ləman Ələşrəfqızının şikayətinə də baxdı - 3 məntəqədə nəticələr etibarsız sayıldı

img

24-02-2020 [21:38]


Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən namizəd, tanınmış jurnnalist İsmayılova Ləman Aləşrəf qızının müraciətinə baxılıb.

Mia.az xəbər verir ki, Ləman Ələşrəfqızının şikayəti ilə bağlı MSK katibi Arifə Muxtarova məlumat verərək, bildirib ki,  namizəd müraciətində səsvermə günü qanun pozuntularının olduğunu, pozulmuş hüquqlarının bərpa olunmasını xahiş edib:

“Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Araşdırma zamanı həmçinin sosial şəbəkələrdəki görüntülərə də baxılıb. Yalnız 3 seçki məntəqəsində pozuntu halları aşkar edilib”.

İclasda daha sonra həmin dairənin 3 seçki ( 29, 30 və 43 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.

Qeyd edək ki, MSK bu dairə üzrə lider namizədin deputat Aqiyə Naxçıvanlının olduğunu elan edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA