"Qadınlar bozbaş da bişirər, siyasətə də qoşular, etiraz də edər" - Namizəd  MSK-ya qazanla gəldi və... + VİDEO

img

24-02-2020 [16:54]


Mərkəzi Seçki Komissiyasına (MSK) dəvət edilən10 saylı Binəqədi üçüncü seçki dairəsindən deputatlığa namizəd Rəbiyyə Məmmədova qurumun qarşısına əlində qazanla gəlib.

Rəbiyyə Məmmədova məsələyə aydınlıq gətirərək bildirib ki, MSK-nın qarşısına qazanla gəlməsinin səbəbi qurumun üzvü Ramiz İbrahimovun deputatlığa namizəd Günel Səfərovaya dediyi "qadınsan, get bozbaşını bişir" sözləridir.

"Bu qazanı gətirmişəm ki, Ramiz İbrahimov bozbaş ritorikasını bişirib yesin. Qadınlar bozbaş da bişirər, siyasətə də qoşular, etiraz də edər.

Məni bura iclasa çağırıblar. Böyük ehtimalla qazanla buraxmayacaqlar. Bunu burada sizə əmanət edirəm, iclasda Ramiz bəyə deyəcəm ki, düşüb hədiyyəsini götürsün", - deyə Rəbiyyə Məmmədova bildirib/Yenisabah.az.

 

Digər xəbərlər
SON XƏBƏRLƏR