"Pulun varsa, gəl oxu” prinsipi xeyli istedadın sönməsinə səbəb olur” - Deputat

img

17-09-2021 [16:10]


"Vəzifədən böyük pullar qazanan şəxslərin bir qismi bizneslə məşğul olub şirkətlər açanda birdən yadlarına düşdü ki, orta məktəb də yaxşı gəlir gətirir. Özü də necə gəlir? Nəticədə orta məktəb təsis etməyə başladılar”.

Mia.az bildirir ki, bunu deputat Etibar Əliyev deyib. Onun sözlərinə görə, həmin şəxslər hər şagirdə 7000 manatdan 10.000 manata qədər təhsil haqları müəyyənləşdirirlər:

"Kasıb ailənin istedadlı uşağının üzünə varlının açdığı yaraşıqlı məktəblər bağlıdır. İstedad pulla ölçülmür. Kasıb ailələrdən çıxan xeyli istedadlı uşaqlar var ki, orta və ali məktəbləri yüksək nailiyyətlə başa vururlar. Dünyada istedadlı uşaqları çıraqla gəzirlər, onları oxudurlar, işlə təmin edirlər. Bizim varlılar üçün bu, meyar deyil. Meyar yalnız puldur. "Pulun varsa, gəl oxu” prinsipi xeyli istedadın sönməsinə səbəb olur”.

Millət vəkili özəl məktəb sahiblərinə müraciət edib: "İstedadlı kasıb uşaqlara heç olmasa 10 faiz kvota ayırın. Milləti siz də sevin! Onlar gələcəkdə sizin məktəbi təmsil edəcəklər və sizə reytinq qazandıracaqlar. Axı yaratdığınız məktəb bu dövlətdən qazandığınız vəsaitin hesabınadır. Orda kasıbların da vergi payı var”.


Digər xəbərlər
SON XƏBƏRLƏR