Azərbaycanın iki qurumu koronavirusla bağlı daha bir açıqlama yaydılar

img

24-02-2020 [15:02]


"Sosial şəbəkələrdə koronavirusa yoluxmuş şəxslərin Cəlilabad və Lənkəran rayon Mərkəzi Xəstəxanalarında yerləşdirilməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir".

Bu barədə Səhiyyə Nazirliyi ilə  İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərindən Mia.az-a daxil olan birgə məlumata görə, İranla sərhədyanı rayonlardakı - Biləsuvar, Lənkəran, Masallı, Cəlilabad, Astara - tibb müəssisələrində lazımi tədbirlər görülüb:

"Sözügedən rayonların mərkəzi xəstəxanalarında İnfeksion şöbələr və bokslar (digər şöbələrlə əlaqəsi olmayan palatalar) hazır vəziyyətdədir: "Biləsuvar və Astara sərhədlərində təcili və təxirəsalınmaz tibbi yardım tam təchiz olunmuş vəziyyətdə dayanıb. Eyni zamanda sərhəddəki tibb məntəqələri gücləndirilmiş iş rejimində çalışırlar".

Bildirilib ki, Azərbaycanda koronavirusa yoluxma halı aşkarlanmayıb: "Bunu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da öz rəsmi internet səhifəsində təsdiqləyib. Koronavirusa yoluxma halının qeydə alındığı ölkələrlə bağlı məlumat ÜST-ün rəsmi internet səhifəsində və sosial şəbəkələrindəki səhifələrində yerləşdirilib".

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:49 02.12.2020

Moskvada banka hücum olub