Astara gömrük-sərhəd buraxılış məntəqəsi gücləndirilmiş iş rejimində - İrandakı koronavirusa görə
20-02-2020 [15:49]
İranda koronavirusa yoluxma və ölüm halı aşkarlanması ilə əlaqədar olaraq Azərbaycanla İran arasındakı gömrük-sərhəd buraxılış məntəqəsində profilaktik tədbirlər ciddi şəkildə davam etdirilir.
Bu barədə Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara Gömrük Postunun rəisi Habil Mehdiyev məlumat verib.
Onun sözlərinə görə, koronavirusun ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə Komitənin müvafiq sərəncamlara əsasən postlar tibbi ləvazimatlarla təmin olunub: "Postda xidmət göstərən inspektorlar əlcək və xüsusi maskalardan istifadə edərək xidməti yerlərində fəaliyyət göstərirlər. Qonşu dövlətə səyahətə gedən vətəndaşlar maarifləndirilir, Azərbaycan ərazisinə gələn yük-nəqliyyat vasitələrinin sürücüləri və sərnişinlər xüsusi cihazlar vasitəsilə yoxlanılır. Sərnişin-nəqliyyat və piyada xəttində stasionar termovizor qurğuları quraşdırılıb. Həmin termovizor qurğularının yanında müfəttişlər 24 saat fəaliyyət göstərir. Bu aparatlar səyahətçilər arasında hərarət yüksəliyi görünərsə, dərhal siqnal səsi verir və birbaşa Səhiyyə Nazirliyi, eləcə də təcili-tibbi yardım xidmətinə məlumat verilir”.
H.Mehdiyev onu da bildirib ki, Çində koronavirusun yayılması təsdiqləndikdən dərhal sonra Komitə xüsusi sərəncamlarla yerlərə göstəriş verib və virusun yayılmasının qarşısını almaq üçün lazımi tədbirlər görülüb: "Bu tədbirlər nəticəsində bu günə kimi yüksək hərarəti olan 3 İran, 1 Rusiya və 1 Malayziya vətəndaşı aşkarlanıb və tibbi yardım xidmətinə təhvil verilib. Rayon xəstəxanasında yoxlanışdan keçdikdən sonra, vətəndaşlara adi soyuqdəymə diaqnozu qoyulub".
"Gün ərzində Azərbaycan-İran sərhədindən 8 000-ə yaxın insan keçir. Qarşıdan gələn bayram və ziyarət günlərində gömrük-sərhəd buraxılış məntəqəsi gücləndirilmiş iş rejimində çalışacaq. Keçid məntəqəsində sərnişinlərin keçidi üçün nəzərdə tutulmuş xətdə ikinci skan aparatı quraşdırılıb", - deyə idarə rəisi əlavə edib/Report.
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı