Ağdaşdakı xəstəlklə bağlı rəsmi məlumat yayıldı

img

19-02-2020 [15:30]


“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) Ağdaş rayonunda çox sayda insanda kəskin bronxit, suçiçəyi və digər xəstəliklərin olmasına münasibət bildirib.

TƏBİB-dən Mia.az-a verilən məlumata görə, fevralın 18-də Ağdaş rayonunun Abad kəndində 7-18 yaş uşaqların müayinəsi təşkil olunub.

Qeyd olunub ki, müayinə olunan 271 uşaqdan 236 nəfərə praktik sağlam, 31 nəfərə kəskin bronxit, KRVİ, 4 nəfərə isə suçiçəyi diaqnozu qoyulub, stasionar yatışa göstəriş olmayıb: “Abad kəndində müayinə nəticələri Ağdaş Rayon Mərkəzi Xəstəxanasının və rayon Gigiyena Epidemioloji Mərkəzinin rəhbərliyi tərəfindən dəyərləndirilib, kəskin təhlükə törədən virus epidemiyası halına rastlanmayıb”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA