Bakıda koronavirus şübhəsi ilə karantinə alınan 1 nəfər evə buraxılacaq

img

18-02-2020 [10:00]


Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə açıqlama yayıb. 

Mia.az xəbər verir ki, 1 saylı Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində olan 2 tələbə dünən evinə buraxılıb.

Onların səhhətində hər hansı problem aşkarlanmayıb.

"Xəstəlik alovlanan ərazidən gələnlər üçün xüsusi ayrılmış tibb müəssisəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hazırda xəstəxanada qalan 1 nəfər karantin müddəti bitdiyindən gün ərzində evinə buraxılacaq. Onun vəziyyəti normaldır və heç bir şikayəti yoxdur", - məlumatda bildirilib. 


Digər xəbərlər
SON XƏBƏRLƏR