Professor Roza Eyvazova vəfat edib

img

15-02-2020 [16:51]


Azərbaycanın filoloq alimi, filologiya elmləri doktoru, professor Roza Eyvazova vəfat edib.

Məlumata görə, R.Eyvazovanın heç bir xəstəlikdən şikayəti olmayıb. 

R.Eyvazova AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Sosiolinqvistika və psixolinqvsitika şöbəsində baş elmi işçisi vəzifəsində çalışırdı. O, dünən - fevralın 14-də işdə olub.

Qeyd edək ki, Roza Hüseyn qızı Eyvazova 1937-ci il aprelin 16-da Bakı şəhərində ziyalı ailəsində anadan olub. O, 1967-ci ildən Dilçilik İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi vəzifələrində çalışıb. 1996-cı ildən filologiya elmləri doktorudur. 1998-ci ildən 2014-cü ilə qədər həmin institutda Dil əlaqələri şöbəsinin müdiri vəzifəsində çalışıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR