Azercell təcrübəsini SABAH qrupları ilə bölüşdü
14-02-2020 [19:02]
"Azercell Telekom" MMC Təhsil Nazirliyinin SABAH qruplarının "Qış Məktəbi" layihəsi çərçivəsində master-klasslar təşkil edib.
Mia.az xəbər verir ki, ölkənin mobil rabitə bazarının lideri "Azercell Telekom" MMC, Azərbaycan Respublikası Təhsil Nazirliyinin SABAH Karyera Akademiyası tərəfindən təşkil edilən "Qış Məktəbi" layihəsində iştirak edib.
11-13 fevral, 2020-ci il tarixlərində Şamaxı şəhərində baş tutan layihə çərçivəsində Azercell Akademiyasının təlimçiləri Vahidə Orucova və Könül Məmmədova tələbələrə "Təqdimat bacarıqları" və "Öz brendini yarat" kimi aktual mövzuları əhatə edən master-klasslar keçiblər. Qeyd etmək lazımdır ki, "Qış məktəbi" layihəsində Azercellin iştirakı artıq xoş bir ənənəyə çevrilib. Belə ki, bu layihə çərçivəsində 2017-ci ildən etibarən hər il şirkətin peşəkar əməkdaşları təcrübə və biliklərini tələbələrlə bölüşürək, onların peşəkar və şəxsi inkişafına böyük töhvə verirlər. Təlimlərin keçirilməsində əsas məqsəd tələbələrə uğurlu karyera qurmaq üçün zəruri olan fundamental bacarıqların aşılanmasıdır.
Təhsil Nazirliyi SABAH qrupları ali təhsil sistemində yeni və fərqli bir mühitin yaradılması, tədrisin keyfiyyətinin yüksəldilməsi, savadlı, bacarıqlı və hazırlıqlı tələbə yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılmış, ali təhsil sistemində innovativ və aparıcı bir layihədir. Qeyd etmək lazımdır ki, 2017-ci ildə "Azercell Telekom" MMC və Təhsil Nazirliyinin SABAH qrupları arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən şirkət tərəfindən son 3 il ərzində "Sabah" qruplarının 30 tələbəsinə aylıq təqaüd ayırılıb. Həmçinin SABAH qruplarının 20-dən artıq tələbəsi şirkətdə təcrübə keçmək fürsəti qazanıb ki, onlardan 1-i hal-hazırda artıq Azercell işçisidir. Bu il isə "Azercell Təqaüdçüsü" fəxri adına layiq görülən 28 tələbədən 9-u "SABAH" qrupları tələbələri arasından seçilib.
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı