Azərbaycan və Macarıstan Enerji üzrə İşçi Qrupu Protokol imzaladı
14-02-2020 [16:38]
Macarıstanın paytaxtı Budapeşt şəhərində Azərbaycan və Macarıstan arasında yaradılmış Enerji üzrə İşçi Qrupunun ilk iclası keçirilib.
Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, işçi Qrupunun Azərbaycan tərəfdən sədri, Energetika Nazirliyinin Aparat rəhbəri Zaur Məmmədov iclasda çıxış edərək, Azərbaycan və Macarıstan arasında enerji əməkdaşlığının hazırkı vəziyyəti və perspektivlərinə dair fikirlərini bölüşüb. Enerji üzrə İşçi Qrupunun bu əməkdaşlığın daha da genişləndirilməsinə töhfə verəcəyini bildirib. Z. Məmmədov geotermal enerji sahəsində Macarıstanın təcrübəsinin öyrənilməsi və birgə tədbirlərin keçirilməsinin vacibliyini diqqətə çatdırıb.
Məlumata əsasən, Macarıstan tərəfindən İşçi Qrupunun rəhbəri, Enerji təhlükəsizliyi sahəsində Xüsusi tapşırıqlar üzrə səfir Pal Sagvari isə Cənub Qaz Dəhlizi layihəsinin uğurla həyata keçirilməsində Azərbaycanın aparıcı rolunu yüksək qiymətləndirib. O, ölkəsinin Azərbaycanla enerji əməkdaşlığının inkişafında maraqlı olduğunu bildirib.
İclasda iki ölkə arasında enerji üzrə tədbirlərin təşkil olunması, qarşılıqlı təcrübə mübadiləsinin və enerji sahəsində investisiya əməkdaşlığının aparılması, energetika sektorunda yeni texnologiyalar, xam neft və neft məhsullarının təchizatı da daxil olmaqla marketinq və ticarəti üzrə əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd olunub.
“Azərbaycan və Macarıstan arasında bərpa olunan enerji mənbələri və enerji səmərəliliyi, həmçinin gələcəkdə təbii qazın nəqli və paylanması sahələrində əməkdaşlıq imkanlarının öyrənilməsi üzrə birgə fəaliyyətin həyata keçirilməsi razılaşdırılıb. SOCAR və MOL şirkətləri arasında strateji əməkdaşlığın inkişafına dəstək ifadə edilib”, - məlumatda qeyd edilir.
Enerji üzrə İşçi Qrupunun ilk iclasının yekunlarına dair Protokol imzalanıb. Protokolu İşçi Qrupunun rəhbərləri Zaur Məmmədov və Pal Sagvari imzalayıblar. İşçi Qrupunun ikinci iclasının Azərbaycanda keçirilməsi qərara alınıb.
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı