Ceyhun Bayramov buraxılış imtahanlarından danışdı, tapşırıqlar verdi

img

14-02-2020 [16:01]


IX və XI sinif buraxılış imtahanlarının nəticələri ciddi təhlil edilməli və bundan nəticə çıxarılmalıdır”. 

Bunu Təhsil naziri Ceyhun Bayramov “Ümumi təhsil: mövcud vəziyyət və gələcək hədəflər” mövzusunda müşavirədə çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, yerli təhsili idarəetmə orqanları tabeliyində olan bütün məktəblərin vəziyyətinə dair monitorinqləri davamlı etməli, əldə olunan nəticələrə əsasən adekvat tədbirlər görməlidirlər. 

Nazir həmçinin məktəblərin dərsliklərlə təminatından, məktəb-valideyn münasibətlərinin düzgün qurulmasından, regionlarda istedadlı uşaqlarla bağlı  işin təşkilindən, məktəbdənkənar fəaliyyətin vacibliyindən danışıb/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA