Tibb Universitetində daha bir ixtisas açılıb

img

13-02-2020 [15:14]


Azərbaycan Tibb Universiteti (ATU) bakalavr təhsili pilləsində daha bir yeni ixtisas “Fizioterapist” ixtisasının açıldığını elan edib. 

ATU-dan Mia.az-a bildirilib ki, universitetdə bu yeni ixtisas üzrə bakalavriat səviyyəsində 4 illik tədris proqramı təqdim olunur.

Dörd illik tam təhsil aldıqdan sonra məzunlar magistratura və ya doktorantura üzrə diplomdansonrakı təhsillərini davam etdirə bilərlər.

Fizioterapiya təbii prosedurlarla müalicə aparan müasir tibbin ən vacib qollarından biridir. Bu sahənin mütəxəssisləri fiziki problemləri olan xəstələrə - zədəli insanlara, əlilliyi olanlara və yaşlı insanlara kömək edirlər. Fizoterapiya belə xəstələrin hərəkət qabiliyyətini yaxşılaşdırmağa, gələcəkdə daha ciddi problemlərin yaranması riskinin qarşısının alınmasına kömək edir.

Fizioterapiya bir çox xəstəliklərin profilaktikası baxımından da çox gözəl vasitədir. Bundan həmçinin ümumi müalicə kursuna əlavə üsul kimi istifadə olunur. Fizioterapiya təhlükəsiz müalicə üsullardan biri olduğuna görə, bu tip müalicə və reabilitasiya üsulu xəstə və həkimlər arasında ən sevimli istiqamətlərdən biridir.

Təhsil müddətində tələbələr fizioterapistliklə bağlı vacib bilik və bacarıqları əldə edəcəklər. Onlar xəstələrlə görüşüb diaqnoz qoyulmasında iştirak edəcəklər. Bundan sonrakı mərhələdə gələcək mütəxəssislər manual terapiya, müalicəvi idman və elektroterapiya kimi üsulların tətbiqi ilə bağlı müstəqil analiz aparacaqlar. Fizoterapistlər müalicə ilə yanaşı, xəstələrə gələcəkdə zədələrdən yayınmaq, bu vəziyyəti idarə etmək üçün məsləhətlər də verə biləcəklər.

Tibbin bu vacib sahəsini dərindən öyrənmək, insanlara bu cür yardım göstərməyi arzulayan gəncləri ATU-nun yeni ixtisasını seçməyə dəvət edirik.


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA