"Həkimlər onun həyatı ilə çarpışırlar" - İsgəndər Həmidovun vəziyyəti ağırlaşıb

img

13-02-2020 [11:39]


Keçmiş Daxili İşlər naziri İsgəndər Həmidovun vəziyyəti kritikdir.

Mia.az xəbər verir ki, bu barədə professor Adil Qeybulla məlumat yayıb.

O bildirib ki, sabiq naziri Türkiyədə gələn həkim də müayinə edib: "İstiqlalçı millət vəkili, sabiq daxili işlər naziri, dəyərli dostumuz İsgəndər Həmidovun vəziyyəti kritik durumdadır. Bir neçə gün öncə qardaş Türkiyədən gəlmiş neyrocərrah, professor Kadir Tafta ilə konsultasiya edildi. Baş beynin tomoqrafiyası müayinəsi zamanı işemik prosesin artıq beynin hər iki yarımkürəsini əhatə etməsi müəyyən edildi".

Adil Qeybulla əlavə edib ki, İsgəndər Həmidovun cərrahi əməliyyat və ya xaricə aparılması variantları məqsədəuyğun sayılmayıb: "Aparılan müalicə sxeminə müəyyən korrektələr edildi. Hal-hazırda hemodinamikası inotrop (dərman preparatları hesabına) dəstəkdədir, qeyri-stabildir. Mütəmadi tənəffüs pozuntuları qeyd edilir. Bir sözlə, həkimlər onun həyatı ilə çarpışırlar. Allah şəfa versin, dualarımız onunladır".


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA