Komitə rəhbəri və müavini həbsdə olan icra başçıları ilə görüşdü: "Onlar istintaqdan razılıq etdilər..."

img

12-02-2020 [15:14]


İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynov, müavini Elçin Şirinov iştirakı ilə birgə Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) müvəqqəti saxlanma yeri və istintaq təcrdixanasında monitorinqlər keçiriblər.

Mia.az-ın məlumatına görə, komitə sədrinin müavini E.Şirinov “Report”a bildirib ki, monitorinq zamanı saxlanılan şəxslərin saxlanma şəraiti ilə tanış olublar.

“Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev, rayon icra hakimiyyəti başçısının müavini Ramiz Tatarov, Yevlax Rayon İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov, jurnalist Polad Aslanov və Fəxrəddin Abbasovla görüşülər keçirdik. Həmin şəxslər saxlanma şəraitindən, onlara göstərilən münasibətdən razıdırlar. Həmin şəxslərin heç bir şikayətləri yoxdur. Hazırda həbsdə olan icra başçılarının istintaqı gedir və istintaqdan da razıdırlar”, - E.Şirinov deyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA